"Dələduzlarla əlbir olub..." - İTTİHAM
Sosial
Oxunub: 639
19 fev 2018 | 12:17
 "Dələduzlarla əlbir olub..." - İTTİHAM
















Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın qanuna və dövlətə zidd fəaliyyəti bəzi vəzifəli şəxslər tərəfindən ört-basdır edilir


Azərbaycanda son zaman bir sıra notariusların dələduzlarla əlbir çalışmaları barədə məlumatlar intensivləşir.

Xüsusən ev alqı işlərində, və bir sıra MTK-ların mənzil satışlarında yol verdikləri dələduzluqlarda notariusların da adı hallanır. Təbii ki, bu kimi halların baş verməsi, xüsusən də notariusların dələduzlarla əlbir çalışmaları Azərbaycan ədliyyə-hüquq sistemi üçün böük utancdır və bu tipli halların qarşısı qanunun bütün sərtliyi ilə alınmalıdır. Olmasa insanlarımızın dövlətə olan inamı tamamilə itə bilər. Çünki notarius bütün hallarda dövlətin vətəndaşa verdiyi təminatdır və bu təminatı saxtalaşdıranlar faktiki olaraq vətəndaşın dövlətə olan inamını öldürür.

Ona görə də notariuslara qarşı ittihamların artdığı indiki şəraitdə vətəndaşın dövlətinə olan inamına qəsd edən notariusların cinayət əməllərinin ört-basdır edilməsi yol verilməz hesab olunmalıdır. Sonuncu olaraq vətəndaşın külli miqdarda əmlakını ələ keçirən dələduzlarla əlbir olan Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın qanuna və dövlətə zidd fəaliyyəti bəzi vəzifəli şəxslər tərəfindən ört-basdır edilir.

Qeyd edək ki, bir müddət əvvəl mətuatda yayılan məlumatda bildirilirdi ki, dələduzluğa məruz qaldığını deyən tikinti şirkətinin rəhbərliyi ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanlayıb.

Ərazidə göstərilib ki, bəzi dələduz şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Məsimova Günay İsa qızı ilə birlikdə cinayətkar kombinasiya sayəsində vətəndaşlara məxsus külli miqdarda əmlakı mənimsəyib.

Həmin müraciətlə bu linkdən tanış ola bilərsiniz: “Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər”

Qeyd edək ki, xüsusi notarius Günay Məsimova bir sıra saxta sənədlərin tərtib olunmasında və notarial qaydada təsdiq olunmasında bilavasitə iştirak edib və demək olar ki, həmin dələduz dəstənin üzvü kimi davranıb. Nəticədə vətəndaşlara külli miqdarda ziyan dəyib. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2 maddəsinə əsasən başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqd hesab olunur və həmin əqdi təsdiqləyən notarius məsuliyyətə cəlb olunmalıdır.

Şikayətçilərin yazdığına görə, adıçəkilən notarius hazırladığı sənədlərdə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, vəzifə səlahiyyətlərini aşıb.

Xatırladaq ki, baş verən qanun pozuntusu ilə bağlı zərəçəkən şəxslər Ədliyyə naziri Fikrət Məmmədova müraciət etdiyi kimi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət ediblər. Lakin AzFakt.com-a daxil olan məlumatdan görünür ki, kimlərsə araşdırlmanın aparılmasına və cinayət faktının aşkarlanmasına mane olmağa çalışır. Yəni gözə görünməz qüvvələr xüsusi notarius Günay Məsimovanın dələduzlarla əlbir olub vətəndaşlara külli miqdarda ziyan vurudması faktını ört-basdır etməyə çalışır.

AzFakt.com-a daxil olan məlumata əsasən Ədliyyə naziri Fikrət Məmmədova edilən müracitədən sonra məsələnin araşdırması üçün nazir tapşırıq verib Lakin bu böyük biabırçı hərəkətin araşdırılması üçün təyin olunan şəxslər də qısa zaman sonra Günay Məsimovanın tərəfindən çıxış etməyə başlayıblar. Belə ki, şikayətçiləri aidiyyatı olmayan məsələlərə yönəldərək, G.Məsimovanı prossesdən “təmiz” çıxarmağa çalışırlar.

Məlumatda da bildirilir ki, Günay İsa qızı Məsimova ölkənin tanınmış şəxslərindən birinin qohumudur və nazirlik əməkdaşları onun əməlləri ilə bağlı hüquqi ölçü götürülməsi məsələsində tərəddüd edirlər. Şikayətçilərdən birinin AzFakt.com-a bildirdiyinə görə isə artıq bui ş bağlanıb və faktiki olaraq həm dələduzlar, həm də xüsusi notarius təmizə çıxarılıb. Bunun üçünsə Azərbaycan vətəndaşlarına edilən dələduzluq və bu dələduzluq nəticəsində vurulan külli miqdarda ziyan qanunla müdafiə olunub.

Redaksiydan: Öz tərəfimizdən bildiririk ki, hansısa tanınmış şəxsin qohumu olması xüsusi notarius Güney Məsimovanın dələduzlarla əlbirliyinə görə məsuliyyətdən azad edə bilməz. Əksinə tanınmış və yüksək vəzifəli bir şəxsin qohumunun bu məsələdə məsuliyyətdən yayındırılması sadə insanların dövlətə və dövlətin ədalət sisteminə olan inamını öldürmək anlamına gəlir və bu əslində dövlətçiliyə qəsddir. Yəni faktiki olaraq Güney Məsimovanı təmizə çıxarmq istəyənlər elə xüsusi notarius kimi davranaraq Azərbaycan dövlətçilik imicinə ziyan vururlar. Eyni zamanla onlar öz əməlləri ilə Ədliyyə naziri Fikrət Məmmədovu da aldadırlar və nazirin dövlətin imicini qorumaq üçün onlara göstərdiyi etimadı yerə vururlar.

Mənbə: AzFakt.com
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!