Bakı meriyasına milyonluq ittiham - Belə deyirlər...
Sosial
Oxunub: 573
19 fev 2018 | 12:36
Bakı meriyasına milyonluq ittiham - Belə deyirlər...














Bakı Şəhər İcra Hakimiyyətində uzun illərdir ki, torpaq sahələrinin satılmasında və vətəndaşlara tikinti üçün icazənin verilməsi üçün böyük bir şəbəkə fəaliyyət göstərir. Xatırladaq ki, bu şəbəkə barəsində ölkə mətbuatında dəfələrlə məlumatlar dərc olunub və son olaraq azmedia.info saytı həmin şəbəkənin makleri ilə bağlı məlumat yayımylayıb. Lakin saytın yaydığı məlumatda bir sıra dəqiqləşdirilməmiş məlumatlar da yer alıb. Məsələninin aktual olduğunu nəzərə alaraq bu məslə ətraında bəzi araşdırmalar apardıq. Öncəliklə qeyd edək ki, sözü keçən şəbəkə hər il Bakıda torpaq satışından və tikintiyə icazəninin verilməsindən100 milyondan artıq təmiz qazanc əldə edir.

Bu şəbəkə ilə bağlı savash.org saytının topladığı məlumatlardan belə görünür ki, şəbəkəinin fəaliyyəti birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tam bilgisi altında baş verir. Və əslində şəbəkəyə Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatı nəzarət edir. Elə sənədlərin qəbulu və icazənin verilməsi də bu qurumda həyata keçirilir. İcra Aparatından daxil olan bütün sənədlərə isə Hacıbala Abutalıbov özü imza atır. İcra Aparatına müraciətlər və sənədlərin təqdimatı isə isə bir neçə “makler” tərəfindən həyata keçirilir. Yəni merin icra aparatı alıcılarla birbaşa təmasda olmur və bu işdə özlərinə bağlı olan vəsitəçilərdən istifadə edirlər. Bir müddət əvvəl isə yayımlanan məlumatda bildirilirdi ki, Abutalıbovun icra aparatının“makler”lərindən biri və birincisi Hacı Ramiz adlı birisidir. Qeyd olunurdu ki, Hacı Ramiz torpaq və yaxud da tikinti izni almaq istəyən vətəndaşlardan aracılıq üçün 2000 min manat alır. Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkənin pulu isə ayrıca olur. MTK-larla bağlı məsələr isə daha qəlizdir. Bu işlər üçün Bakının Mərkəzi rayonlarında torpaq və tikinti izni almaq üçün Hacı Ramizin “maklerlik haqqı” 20-40 min manat arasında dəyişir. Bəzən isə Hacı Ramiz “maklerlik” fəaliyyəti” üçün 50 min manat tələb edir. MTK-ların Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkəyə verdikləri rüşvət pulu isə milyonlarla ölçülür.
Xatırladaq ki, adı keçən “makler hacı” haqqında müxtəlif şəxslər müxtəlif informasiyalar səsləndirirlər və bu informasiyalar bəzən bir-birini təkzib edir. Əslində bu da normal haldır. Çünki Hacı Ramiz ayrı-ayrı müştərilərinə özü haqda ayrı ayrı “əfsanələr” uydurur və bu da işin təhlükəsizliyi üçün önəmlidir. Bakı meriyasında baş verənlərdən xəbərdar olan bir mənbənin Savash.org-a bildirdiyinə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının “makler”liyini edən və böyük rüşvət pullarını toplayan Hacı Ramizə Abutalıbovun ən yaxın adamları himayədarlıq edir. Belə ki, Hacı Ramiz evlərin tikintisi üçün alınan icazəni Hacıbala Abutalıbovun ən yaxın adamı ilə anlaşmaqla həll edir. Məlumata görə Hacı Ramizin arxasında dayanan şəxs Bakı Şəhər İcra Hakimiyyətinin aparat rəhbəriliyində ciddi vəzifə sahibidir və İddiaya görə həmin vəzifəli şəxsin paytaxt meriyasında bir çox şəxslərə “krişalıq” etməklə bərabər həm də Hacı Ramizlə çox yaxın münasibəti var. Mənbə bildirib ki, həmin şəxs Hacıbala Abutalıbovun “sağ əli” olaraq tanınır və məhz həmin şəxsin rəhbərlik etdiyi şəbəkə sayəsində torpaq satışlarından və tikintiyə icazənin verilməsindən hər il 100 milyon manatdan artıq vəsait toplanılır. Lakin bu qədər rüşvətin toplanmasını sübut etmək heç də mümkün deyil. Çünki Abutalıbovun “sağ əli” üçüncü adamların vasitəsi ilə rüşvət toplayır və yuxarıda da qeyd olunduğu kimi, o, heç də öz “müştərisi” ilə birbaşa təmasda olmur. Mənbə onu da bildirib ki, milyonlarla manat rüşvəti sol əli ilə üçüncü şəxslərdən alıb, sağ əli ilə Hacıbala Abutalıbova ötürən şəxsin adını açıqlamaq istəmir. Çünki hər şey özü-özündən aydındır… Qeyd edək ki, illik təmiz gəliri 100 milyon manatdan artıq olan bu şəbəkə ilə bağlı araşdırmamız davam edir…
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb