Azərbaycanda qumar biznesindən qazananlar
Sosial
Oxunub: 600
22 fev 2018 | 13:11
Azərbaycanda qumar biznesindən qazananlar














Dünyada qumar-azartlı oyunlar biznesi böyük sürətlə çiçəklənməkdədir. “Forbes” jurnalının hesablamalarına görə, 2015-ci ildə dünyada azartlı oyunlarından əldə olunan gəlirin məbləği 423 milyard dollar təşkil edib. Buraya 121 milyard dollar gəlirlə lotereya, 118 milyard dollarla idman mərc oyunları və yarış totalizatorları, 37 milyard dollarlıq gəlirlə onlayn kazino-oyunlar, 67 milyard dollarla ABŞ-ın offlayn kazinoları, 61 milyard dollarla Asiya və Avstraliyanın kazionları, 12 milyard dollarlıq gəlirlə dünyadakı digər kazinolar aiddir.

Jurnalın araşdırmalarında bu gəlirin sürətli artım dinamikası nümayiş etdirəcəyi qeyd olunurdu ki, bu da son 3 ildə dünya üzrə belə gəlirlərin daha yüksək həddə çatmasından xəbər verir. Hazırda qumar biznesinin genişliyinə görə dünyada birinci yeri ABŞ tutur. Bu biznesin ilk qanuniləşdiyi ölkələrdən biri də məhz ABŞ-dır. Ondan sonrakı sıralamada Avropanın cırtdan ölkəsi olan Monako, Malta, Böyük Britaniya, Kamboca, Hindistan və Çin gəlir.

Dünyada ən böyük qumarxana, nə qədər qəribə də olsa, kazinolar şəhəri adlandırılan Las-Veqasda deyil, Çində yerləşir. Əvvəllər Portuqaliyanın müstəmləkəsi olmuş Makao əyalətində yerləşən “Venesiya” adlı kazinonun binası o qədər genişdir ki, bu sahədə dünyada yalnız 6 binaya, aeroportlara və “Boeing” istehsalı zavoduna uduzur. Bina 2,4 milyard dollara başa gəlib. 39 mərtəbəli binanın ümumi sahəsi 980 min kvadratmetrə bərabərdir. Onu ABŞ-ın Las-Vegas Sands şirkəti açıb. Hansı ki, bu şirkətin sahibi dünyanın ən varlı adamlarından biridir.

Dünyada turizmin inkişaf etdiyi əksər ölkələrdə qumar fəaliyyətinə geniş şərait yaradılır. Avropanın bir çox ölkələrində qumarxana açmaq adi biznes proseduru sayılır və çox asan başa gəlir. Hazırda dünyada onlayn kazinalar çox geniş vüsət almaqdadır. Ümumiyyətlə, ABŞ və Asiyada qumarxanalar ənənəvi formada - offlayn, Avropada isə daha çox onlayn fəaliyyət göstərirlər.

Qumar biznesinin ən mühüm özəlliyi onunla məşğul olanlarda vergidənyayınma meyllərinin çox güclü olmasıdır. Avropa, ABŞ və Asiyanın Çin, Sinqapur kimi inkişaf etmiş ölkələrində qumar biznesinin əksər hissəsi tam olaraq vergiyə cəlb olunur, yəni dövlətin oturuşmuş effektiv nəzarət mexanizmləri mövcuddur. Lakin məsələn, Kamboca və Hindistan kimi ölkələrdə çox geniş vüsət tapmasına rəğmən, kazinolardan dövlətin büdcəsinə elə də böyük vəsait daxil olmur.

MDB ölkələrindən bir çoxunda, o cümlədən Rusiyada qumar oyunları qadağan edilib.

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Lakin dünyada azartlı oyunlar hesab olunan bəzi növlərə icazə verilir. Bunlar lotereya və idman mərc oyunlarıdır. Lotereyaları əsasən dövlətə məxsus “Azərlotereya” ASC, idman uduşlarını isə “Azərinteltek” QSC həyata keçirir. Yəni hər iki sahə dövlətin nəzarətindədir. Lakin bu qanuni oyunlardan əlavə, son vaxtlar Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən qumarxanaların mövcudluğuna dair məlumatlar çoxalmaqdadır. Xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə çay evi adı altında çoxsaylı qumarxanaların fəaliyyət göstərdiyi deyilir. Bir çox hallarda hüquq-mühafizə orqanları da belə oyun yerlərini aşkarladıqlarına dair məlumatlar yayırlar.

Onu da qeyd edək ki, qumar oyunları pullu turistləri cəlb etmək baxımından ən uğurlu vasitə sayılır. Buna görə də turizmin inkişafını hədəfləyən ölkələrin demək olar ki, hamısı qumarxanaların fəaliyyətini də təşviq edirlər. Bununla ölkə iki tərəfdən qazanc əldə edir: həm ölkəyə çoxlu sayda varlı və pul xərcləməyə meylli turistlər cəlb olunur, həm də qumarxanalardakı dövriyyədən dövlət büdcəsi böyük miqdarda gəlir əldə edir. Uzağa getmədən qeyd edək ki, qonşumuz olan Gürcüstanda qumar leqal fəaliyyət növlərindən biri hesab olunur, ölkə bundan böyük dividentlər əldə edir.

Azərbaycan da artıq bir neçə ildir aktiv şəkildə turizmin inkişafına çalışır. Bu sektorun inkişafı ölkənin ən əsas prioritetlərindən biri elan olunub. Üstəlik, ölkə əhalisində qumar və mərc oyunlarına böyük həvəs var. Ölkədə neft gəlirlərinin böyükhəcmli axınları dövründə böyük miqdarda var-dövlət toplayan kifayət qədər iri bir təbəqə formalaşıb. Hansı ki, həmin təbəqənin nümayəndələri sırf qumar oynamaq üçün ABŞ, Çin, Malta, Gürcüstana axışır. Bu şəraitdə Azərbaycanda qumar-kazino biznesinin fəaliyyətinin leqallaşdırılması ilə bağlı təkliflər səsləndirilir. Belə təkliflərdən birini iş adamı Hacı İbrahim Nehrəmli səsləndirmişdi. O, hətta inşa edəcəyi “Xəzər adaları” şəhərciyində kazinoların da fəaliyyət göstərəcəyini bildirmişdi.

Azərbaycanda kazinoların fəaliyyətinə qadağanın götürülməsinə ehtiyac varmı? Bu, ölkəyə hansı faydaları verə bilər? İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, heç bir ölkədə qadağalar yolu ilə qumar kimi fəaliyyətlərin qarşısını almaq mümkün olmur: “Qadağan olunsa da, kiçik yerlərdə də olsa, gizli şəkildə qumar oynayanlar oynayır. Yüksək imkanlı təbəqə isə yaxın-uzaq ölkələrə axışır. Məsələn, Gürcüstanda kazinolar leqal fəaliyyət göstərir, əksəriyyətinin qarşısında Azərbaycan maşınları olur. Yəni qadağalarla bu kimi fəaliyyətlərin qarşısını almaq mümkün olmur”.

Ekspertin sözlərinə görə, Gürcüstanın kazino fəaliyyətindən illik qazancı 1 milyard dollar civarındadır: “Burada daha çox Azərbaycan və Türkiyədən gələnlər qumar oynayır. Bildiyiniz kimi, Türkiyədə də qadağandır qumarxanalar. Amma onlar qadağanı məqsədli şəkildə qoyublar. Şimali Kipr Türk Cümhuriyyətində kazinoların fəaliyyəti leqadır. Türkiyə hökuməti öz ərazində buna qadağa qoymaqla Şimali Kipr üçün qazanc imkanı yaratmağa çalışır və buna nail olur da. Türkiyədə çoxlu sayda insan şənbə-bazar olanda Şimali Kiprə gedir. Azərbaycanda isə qadağanın konkret məqsədi yoxdur”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan kazinoların fəaliyyətini leqallaşdırmaq sahəsində dünya təcrübəsindən yararlana bilər: “ABŞ-da cəmi bir neçə ştatda, Rusiyada 4 bölgədə kazinoların fəaliyyətinə icazə verilib. Azərbaycan da bu təcrübədən istifadə edərək turizmin inkişafı baxımından yüksək əhəmiyyət kəsb edən 3-4 bölgədə kazinolara icazə verə bilər. Bu zaman kazinoların fəaliyyətinə ciddi nəzarət imkanları yaradılmalıdır. Beləliklə də, həm turistlərin cəlbindən, həm kazinoların dövriyyə vergisindən, həm də onlara bağlı xidmət sektorundan gəlir əldə etmək mümkün olar. Bundan əlavə, xeyli sayda yeni iş yerləri də açılmış olar ”.
“Yeni Müsavat”
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...