Əhalidən kəsib istixanaya, qazdan kəsib havaya..: - "Azəriqaz” belə qazanır
Sosial
Oxunub: 1 648
22 fev 2018 | 13:25
Əhalidən kəsib istixanaya, qazdan kəsib havaya..: - "Azəriqaz” belə qazanır















Dünən “Azəriqaz” İstehsalat Birliyi daha iki rayonda qaz təchizatında məhdudiyyətlər olacağını açıqlayıb. Qurumun bildirdiyinə görə Nəsimi və Yasamal rayonlarında qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə qazın verilişi dayandırılıb. Yəni aparılacaq işlər 530 millimetrlik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə bağlı görüləcək.

Qeyd edək ki, qış ayları başlayandan “Azəriqaz” İB hər gün iki rayonda qaz təchizatında məhdudiyyətlər yaradır. Maraqlı məqam isə ondan ibarətdir ki, qazın verilişi dayandırılacağı elan olunan rayonlarda müxtəlif diametrli qaz xətlərində qazsızmaların olduğu aşkarlanır.

Ekspertlər hesab edir ki, mövcud problem büdcədən pul silmək məqsədilə qurum tərəfindən bilərəkdən yaradılır. Bundan isə əhali əziyyət çəkir. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında broyler sexləri və istixanaların yox, yalnız əhalinin qazının kəsildiyinə diqqət çəkib: “Bu vaxta kimi yalnız əhalinin qazı kəsilir. “Təmir işləri” yalnız əhaliyə verilən qaz xətlərində olur. Düşünürəm ki, bu işlər yalnız əmələ gələn itkiləri bağlamaqdan ötrüdür. İl başlayandan Nizami rayonunda iki dəfə qaz təchizatı dayanıb. Səbəbini soruşmuşam deyiblər ki, 325 millimetr diametrli boruda qaz sızması var və orada təmir gedir. Yerini soruşdum və bildirdim ki, baxmaq istəyirəm, demədilər. Ondan iki gün sonra ayrı rayonda yenə yazırlar ki, 325 millimetrlik diametrli boruda problem var. Bu ölkədə 325 millimetrlik diametrli borunu bütün il boyu təmir edirlər. Təəssüflər olsun ki, bu məsələnin ucuna gedib çıxa bilmədim. Kimsə getsə də yenə o kəmərin ucunu tapa bilməyəcək. Hesab edirəm ki, ölkədə olan qaz itkisinin qarşısını almaq üçün müxtəlif bəhanələrlə qazı saxlayırlar. Qazın verilişi təmin olunandan sonra hər sayğacda 10 dəqiqə hava istehlakçı üçün kifayət qədər qiymət artırır. Çoxlu səbəblər var. Amma “Azəriqaz” mətbuata və əhaliyə məlumat vermir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, yayda qazın kəsilməsinə təsadüf olunmur: “Amma bir məsələ var. İstehsalçı ilə istehlakçı arasında bağlanan müqaviləyə görə istahsalçı istehlakçını fasiləsiz standartlara uyğun qazla təmin etməlidir. “Azəriqaz” öhdəliyini pozur. Buna görə heç bir istehlakçı tərəfindən məhkəməyə müraciət olunmayıb. Bir dəfə müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəməyə müraciət olunsa, çox şey ortaya çıxacaq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO