Sığorta şirkətləri insanları bu cür ALDADIR - İTTİHAM
Sosial
Oxunub: 671
23 fev 2018 | 14:06
Sığorta şirkətləri insanları bu cür ALDADIR - İTTİHAM















Sürücülər avtomobillərini gündəlik baş verə biləcək qəzaların yaratdığı maddi zərərlərdən qoruya bilmələri üçün sığorta şirkətlərinə müraciət edir.

Lakin bəzi şirkətlər sürücülərin məlumatsızlığından istifadə edərək, onları aldatmaqdan belə çəkinmirlər.

Ümumiyyətlə, avtomobili sığorta etdirərkən istəmədən hansı yanlışlıqlara yol veririk?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, insanlar bir çox hallarda Kasko sığorta zamanı azad olma məbləğinə fikir vermirlər:

“Avtomobil sığortası 2 yerə bölünür. İcbari və Kasko sığorta. İcbari sığorta məcburi sığorta hesab olunur. Hər il olunmalıdır. Bu sığorta 3-cü şəxsə vurulan ziyanın ödənilməsi üçündür. Yəni, sığorta edənlə sığorta olunan arasında 3-cü şəxsə dəyən ziyanın ödənilməsi üçün bu sığorta müqaviləsi bağlanır. Orada 5 min manatadək ödəniş nəzərdə tutulur. Hər hansı bir şəxsin sağlamlığına xəsarət yetirilibsə, xəsarətin dərəcəsindən asılı olaraq ödəniş olunur. Əksər insan bu sığorta növünün insanın şəxsi avtomobilinə ziyan dəyən zaman ödənildiyini düşünür. Bu, yalnışdır. İcbari sığorta digər şəxslərə vurulan zərərə görə ödənilən bir sığortadır və ona görə də icbaridir. Bütün nəqliyyat vasitələri İcbari sığortalanarsa, hadisə zamanı qarşı tərəfə dəyən bütün ziyan ödənilə bilər.

Kasko sığorta

Kasko sığorta isə könüllü sığortadır. İnsanlar bir çox hallarda Kasko sığorta zamanı azad olma məbləğinə fikir vermirlər. Nəqliyyat vasitəsi Kasko sığortası olunan zaman orada nəqliyyat vasitəsinə dəyən zərərlə ödəniləcək minimum məbləğ göstərilir. Avtomobilə dəyən ziyan göstərilən məbləğdən aşağı olarsa, o zərəri sığorta ödəmir. Məsələn, azad olma məbləği 500 manat göstərilib və avtomobilə o məbləğdən aşağı ziyan dəyibsə, artıq onu sürücü ödəyir. Dəyən zərər 1000 manat olarsa, onun 500 manatını sürücü, 500 manatını isə sığorta ödəyir.

Sürücülər aldadılır

Azad olma məbləği sığorta şirkətinə görə dəyişir. 100 manatdan 1000 manatadək azad olma məbləği təklif edən sığorta şirkətləri var. Bu gün bir çox sığorta şirkətləri azad olma məbləğini artırmaqla vətəndaşlara əlverişli təkliflər verirlər. Məsələn, azad olma məbləğini 100 manat göstərməklə Kasko sığorta üçün müştəriyə 3000 manat ödəniməsi təklif edilir. Lakin azad olma məbləği 500 manat göstərilməklə bu məbləğ 2500 manata endirilir. Əksər sürücülər bu məbləği anlamadığından, ucuz Kasko sığortaya qaçırlar. Lakin əksər qəzaların zərər dəyəri 500 manatdan az olduğundan, bu hal sonradan sürücülər üçün problemə çevrilir.

Sığorta şirkətləri müqavilənin şərtlərini pozur

Sığorta şirkətləri bir çox hallarda müştərilərinə bilərəkdən problem yaradır. Məsələn, hadisə baş verən zaman avtomobilin hadisə yerindən kənarlaşdırılmaması deyilir. Bəzən nəqliyyatın gur olduğu vaxtlarda hadisə baş verir və avtomobili orada saxlamaq qeyri-mümkün olur. Əslində, yol polisi tərəfindən qeydiyyat aparıldıqdan sonra avtomobilin ərazidən götürülməsində heç bir problem ola bilməz. Yəni, hadisənin sxemini polis əməkdaşları çəkir. Sığorta şirkətləri polis əməkdaşlarının hazırladığı bu sənədlərə şübhəli yanaşmamalıdır. Sadəcə, bir çox hallarda sığorta şirkətləri ödənişdən yayınmaq üçün bu cür hərəkətlərə yol verirlər. Belə məhkəmələrin əksəriyyəti vətəndaşların xeyrinə yekunlaşır. Çünki burada birbaşa olaraq müqavilənin şərtləri sığorta şirkəti tərəfindən pozulur. Bu neqativ hadisələrə yol verən sığorta şirkətləri ilə yanaşı, işini düzgün quran sığorta şirkətləri də var. Amma hər bir halda, İcbari sığorta ilə yanaşı sürücülərə Kasko sığortaya da müraciət etmək tövsiyə olunur. Çünki Kasko sığorta istənilən halda avtomobilə vuran ziyana görə ödəniş edir”.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM