Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsində vətəndaşları qəbul edib - FOTO
Sosial
Oxunub: 995
23 fev 2018 | 13:00
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsində vətəndaşları qəbul edib - FOTO













Azerinfo.az -ın şimal bürosu xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, fevralın 23 -də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib .
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzülüb .
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Xaçmaz , Quba , Qusar və Şabran rayonları sakinlərinin daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində müraciətlərinin operativ həll edilməsi və yaranan sualların cavablandırılması istiqamətində tapşırıqlar verilib .
Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı , o cümlədən fərdi həyət evi , bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları , mənzillər , sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub . Eyni zamanda, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi , vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması , torpaqların təyinatına uyğun istifadəsi , kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər qeydə alınıb. Bəzi müraciətlər isə dövlət əmlakının özəlləşdirilməsi sahəsinə aid olub.
Komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək , onların qanunvericiliklə həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir sıra vətəndaş müraciətləri verilən tapşırıqlara əsasən dərhal müsbət həllini tapıb . Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq, qanunvericiliyə əsasən həlli istiqamətində göstərişlər verilib. Həmçinin Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətləri dinlənib .
Qəbul zamanı komitə sədri vurğulayıb ki, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində xidmətlərə olan əlçatanlıq artırılır , bu sahədə şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır. Belə ki, tətbiq edilən innovativ tədbirlər , xidmətlərin geniş şəkildə elektron müstəviyə keçməsi, o cümlədən qeydiyyat müddətinin azaldılması, prosedurların sadələşdirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib . Bu sahədə görülən işlərin nəticəsidir ki, 2017 -ci ildə daşınmaz əmlakın qeydiyyatı 200 minə yaxın olub . 2016 -cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14 , 5 faiz artıb . Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub .
Vətəndaş məmnunluğunu təmin edən elektron çıxarışın tətbiqi də bu istiqamətdə həyata keçirilən yeniliklərdəndir. Bildirilib ki, artıq vətəndaşlar Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetə daxil olmaqla , elektron formada çıxarışlarını ala bilirlər .
Qəbula gələnlərin diqqətinə çatdırılıb ki, mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin təmin olunması məqsədilə “ bir pəncərə ” prinsipi tətbiq edilir . Həm çıxarışların verilməsi , texniki sənədlərin tərtibi , həm də torpaqların istifadəsi , icarəsi , mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə ”də həll olunur .
Qeydiyyat xidmətlərini bilavasitə ünvanlarda çatdıran “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri əhaliyə göstərilən qayğının bariz nümunəsidir . Kampaniya minimum vaxt itkisi ilə xidmətlərdən maksimum yararlanmağa , vətəndaşların yerindəcə çıxarış əldə etməsinə şərait yaradır .
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı məsələlərə toxunan komitə sədri Kərəm Həsənov qeyd edib ki, bu istiqamətdə işlər uğurla həyata keçirilir . Görülən işlərin nəticəsidir ki, kadastr məlumatlarına istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndindən olan 604 ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemli məsələləri öz müsbət həllini tapıb . Torpaq payı almaq hüququna malik olan , ancaq indiyədək bu hüquqdan yararlana bilməyən 2 min 315 subyektin hər birinə 0 , 18 hektar pay torpaq sahəsi ayrılıb. Pay torpaqları almış vətəndaşlara isə mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunub.
Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun , çevikliyin , əlçatanlığın , şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Kərəm Həsənov bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı , qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli , qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır .
Komitə sədri tərəfindən qəbul olunan vətəndaşlar yaradılan şəraitə görə razılıqlarını ifadə ediblər.

Xanlar Cəbrayılzadə
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsində vətəndaşları qəbul edib - FOTO
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsində vətəndaşları qəbul edib - FOTO
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari