AZƏRBAYCANDA maaşın yarısını “yeyən” kommunal xərclər - PROBLEM
Sosial
Oxunub: 568
28 fev 2018 | 12:40
AZƏRBAYCANDA maaşın yarısını “yeyən” kommunal xərclər - PROBLEM















Azərbaycanda kommunal xərclər ən çox müzakirə edilən və tez-tez şikayət olunan sahədir. Ötən il kommunal sahədə ard-arda baş verən qiymət artımı bu sahədəki çətinlikləri bir daha artırmış oldu. Hökumət isə bu məsələdə açıqlamalarını davam etdirməkdədir.Bəzi məmurlar kommunal xərclərin artımını normal hesab edir, xarici ölkələrin təcrübəsini əsas gətirirlər.

Rəsmilər əsasən Türkiyə və Avropa ölkələrində kommunal xərclərin Azərbaycanla müqayisədə daha yüksək olduğunu bildirirlər.Halbuki bu xərclər həmin ölkələrdəki əməkhaqqına adekvat olaraq hesablanıb və nəzərdə tutulub.Azərbaycanda isə bunun tam əksidir.Əhali kommunal xərcləri ödəməkdə çətinlik çəkir, çünki bu xərclər hər bir ailə başçısının aldığı əməkhaqqına müvafiq deyil.İnsanlar əməkhaqqının əhəmiyyətli bir hissəsini kommunal xidmətlərə verirlər.

Qeyd edək ki, paytaxtda yeni tikilən binalarda kommunal xərclər köhnə tikililərə nisbətən daha çoxdur. Sakinlər özlərini az qala evlərində kirayənişin kimi hiss edirlər. Hər bir ailə təxminən ayda kommunal xərclərə 150-200 manat civarında ödəmələr edir.Hələ bu ödəmələrlə MTK-lara “ev pulu” ödənişi də etməlidirlər.

Ekspertlərin fikrincə, kommunal xərclər, eləcə də bütün bu sahələr hökumətin birbaşa nəzarəti və inhisarı altındadır.Məhz bunları nəzərə alaraq xarici ölkələrdə mənzərə tam fərqlidir.Orada insanların məvacibi elə həddədir ki, bunun qarşılığında kommunal xidmətlərə ödədikləri məbləğ çox cüzi faiz təşkil edir.Avropada məvacib ən aşağısı 2 min dolların üstündədir.Əhali təxminən kommunal xidmətlərə ayda 150-200 dollar ödəyir.Bundan əlavə ABŞ-da orta aylıq əməkhaqqı 5-6 min dollar təşkil edir.Kommunal xərclərin məbləği isə 100-150 dollar arasındadır.Azərbaycanda isə orta aylıq əməkhaqqı 400 manatdır, bunun müqabilində isə istehlakçı hər ay kommunal xidmətlərə təxminən 150-250 manat arası ödəniş edir.

Bütün bunlar azmış kimi qaz, işıq, su, istilik təchizatında ilboyu problemlər və axsamalar olur.İstehlakçı tam olaraq bu xidmətlərdən yararlana bilmir. Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2018-ci il üçün dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb. Bu, 2017-ci illə müqayisədə 153,2 milyon manat və ya 50,4 faiz çoxdur. Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib. Həmin vəsaitin 133,8 milyon manatı, yaxud 29,3 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, kommunal və abadlıq işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır