6-03-2018, 17:23 Oxunub: 442

Birinci vitse-prezident yeni uşaq bağçasının açılışında – FOTO

Birinci vitse-prezident yeni uşaq bağçasının açılışında – FOTO














Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışı olub.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Ümumi sahəsi təxminən iki min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı beş qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib.

Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq.

Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.


Birinci vitse-prezident yeni uşaq bağçasının açılışında – FOTO

Birinci vitse-prezident yeni uşaq bağçasının açılışında – FOTO

Birinci vitse-prezident yeni uşaq bağçasının açılışında – FOTO
Mehriban Əliyevadan sevindirici hərəkət — FOTOLAR Mehriban Əliyevadan sevindirici hərəkət — FOTOLAR Siyaset Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək uşaq bağçasının açılışı olub Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək uşaq bağçasının açılışı olub Sosial Bakıda uşaq bağçası yandı Bakıda uşaq bağçası yandı Hadise Azərbaycan prezidenti Tovuza səfər edib Azərbaycan prezidenti Tovuza səfər edib Siyaset Həştərxan vilayətinin qubernatoru vəsait Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Həştərxan vilayətinin qubernatoru vəsait Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan "Dostluq" uşaq bağçasını ziyarət edib Sosial