Standartlaşma və Patent Agentliyinə qarşı ittihamlar - Sürücülər YDM-lərdə ikiqat aldadılır
Sosial
Oxunub: 564
8 mar 2018 | 14:09
 Standartlaşma və Patent Agentliyinə qarşı ittihamlar - Sürücülər YDM-lərdə ikiqat aldadılır















Azərbaycanda əksər yanacaqdoldurma məntəqələrində yanacağını keyfiyyətinin aşağı olması sürücüləri narahat edən əsas problemlərdən biridir. Məhz keyfiyyətin aşağı olmasının səbəbindən Azərbaycanda avtomobillər 5-10 min kilometr getməmiş mühərrikin gücü azalır, benzin sərfiyyatı isə normadan çox artır. Avtomobil mütəxəssisləri məsləhət görür ki, bu kimi durumlarla üzləşməmək üçün daim eyni və güvəndiyiniz məntəqədən benzin almaq lazımdır.

Müxbirimizin bu günlərdə yanacağın keyfiyyəti ilə bağlı paytaxt sürücüləri arasında keçirdiyi sorğudan da bəlli olub ki, onlar bu məsələdən çox narazıdırlar.

Ölkədə Avro-4 standartına keçiddən sonra keyfiyyətin yaxşılaşacağı gözlənilsə də, bütün YDM-lərdə vəziyyət eyni deyil.

Bəs görəsən, müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti, oğurluq halları yoxlanılırmı? YDM-lərdə yanacağın az vurulması ilə bağlı Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də ittihamlar var. İddia edilir ki, bu qurum YDM-lərlə anlaşma şəraitində sürücülərin aldadılmasına göz yumur...

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda hər hansı yoxlama-monitorinq tədbirləri həyata keçirilmir: “Bildiyiniz kimi, ölkə ərazisində sahibkarlıq obyektlərində aparılan yoxlamalar dayandırılıb. Amma buna baxmayaraq, təbii ki, bu sahədə vəziyyət araşdırılır, müəyyən təhlillər aparılır. Sertifikat orqanları məhsulları sertifikatlaşdırarkən, həmçinin digər maraqlı təşkilatlar məhsulların keyfiyyətinə özləri nəzarət etmək məqsədilə bizim laboratoriyalara müraciət edir, məhsullarını təqdim edirlər. Daha sonra bu məhsulların keyfiyyəti araşdırılır. Bu baxımdan Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətində heç bir problem yoxdur, keyfiyyətə uyğundur. Biz laboratoriya nəticələrinə istinad edərək bunu deyirik. Şikayətlər varsa, mən narazı qalan sürücülərimizdən xahiş edirəm ki, bizə müraciət etsinlər, hansı yanacaqdoldurma məntəqələrindən narazıdırlarsa, nümunələr təqdim etsinlər. Biz həmin nümunələri laboratoriyalarda yoxlayaq. Bu halda konkret fakt üzrə danışmaq imkanımız olacaq. Amma ümumilikdə Azərbaycanda 2021-ci ilə qədər yoxlamalar dayandırılıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu sahədə ciddi problemlərin olduğunu dilə gətirdi: “Hər həftə bizə yanacağın keyfiyyəti ilə bağlı bir-iki telefon zəngi daxil olur. Hətta ən prestijli, brend yanacaqdoldurma məntəqələrindən də şikayət daxil olur. Şikayətlərdə ən çox səslənən odur ki, yanacaq keyfiyyətsizdir. Bəzən elə olur ki, yanacağı boşaltdıqdan və avtomobilə başqa yanacaq tökdükdən sonra işləməyə başlayıb. İkinci problem odur ki, yanacaq az vurulur və litrdə əksik olur. Sürücülər bildirir ki, yanacaq çənlərindən avtomobilə 3 metr uzunluğunda şlanqlarda olan yanacağın hamısı avtomobilin çəninə doldurulmur. Halbuki sayğacdan keçir və ona görə sürücüdən ödəniş alınır. Üçüncüsü, sürücülərin sayğaca nəzarət etməsinə imkan verilmir. Daim deyirlər ki, avtomobili litri göstərən cihazdan qabağa sür. Məqsəd odur ki, sürücü sayğacı görməsin. Sürücülər onu da iddia edirlər ki, yanacaqdoldurma məntəqəsinin işçiləri cəld bir şəkildə müəyyən düymələrə basır və daha az yanacağın avtomobilin çəninə yığılmasına çalışırlar. Bəzi yanacaqdoldurma məntəqələri haqqında belə iddialar da yayılır ki, hər axşam işçilər rəhbərliyə əlavə pul da verirlər. Bu isə sürücülərin cibindən oğurlanan pullardır”.

Ekspertin sözlərinə görə, digər bir məsələ odur ki, çox zaman yanacaq əvəzinə hava vururlar: “Yay aylarında bu hallar daha geniş yayılır. Tələblərdən biri də odur ki, yanacaqdoldurma məntəqələrində ölçü qabları olmalıdır. İstənilən istehlakçı pul verib o qabları ala, avtomatın düzgün işləyib-işləməməsini yoxlaya bilər. Lakin bu ölçü qabları ya yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yoxdur, ya da onu gözdənuzaq bir yerə qoyurlar.

Yanacaqdoldurma məntəqəsində işləmiş bir nəfərin dediyinə görə, yanacaq vurulan avtomatların içində “çörək boltu” deyilən bir bolt var, onu sağa-sola hərəkət etdirəndə istehlakçını aldatmaq mümkündür. Buna dövlət orqanları nəzarət etməlidir. Həmin boltun nə qədər fırladılması özü də yanacağın ölçüsünə təsir edir.

Digər bir problem isə çənlərin dibində qalan suyun avtomobillərin benzin çəninə vurulmasıdır. Bu da avtomobillərin sıradan çıxmasına gətirib çıxarır".

E.Hüseynov onu da vurğuladı ki, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması müsbət hal olsa da, bundan sui-istifadə olunur və istehlakçıların hüquqları pozulur: “Biz yoxlamaların qadağan olunmasının tərəfdarıyıq. Əslində bu yaxşı bir cəhətdir. Cənab prezident bu qərarı verəndə düşünürdük ki, istehlakçılar sahibkarların verdiyi rüşvətlərin də üzərinə gəldiyi bahalı qiymətlərdən xilas olacaqlar. Ancaq indi ortaya çıxan mənzərə odur ki, yoxlamaların dayandırılmasından sui-istifadə edirlər. Yanacaqdoldurma məntəqələrində də ictimai nəzarət funksiyası yoxdur”.

Belə iddialar da var ki, bir sıra YDM-lərdə benzinə qat-qat ucuz olan mayelər qatılır ki, bu da keyfiyyəti azaldır.
“Yeni Müsavat”
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ