"8 aydır ki, olmazın əziyyətini çəkirik" - GİLEY
Sosial
Oxunub: 508
9 mar 2018 | 13:16
"8 aydır ki, olmazın əziyyətini çəkirik" - GİLEY
















“8 aydır ki, olmazın əziyyətini çəkirik. Yaşadığımız ərazidə “Azərişıq” ASC tərəfindən şəbəkə qurulmadığından evlərimizdə elektrik enerjisindən istifadə edə bilmirik. ASAN xidmət mərkəzinə də müraciət etmişik. Orada əyləşən "Azərişıq" nümayəndəsi bildirir ki, "Azərişıq" ASC-nin bu qəsəbədə şəbəkəsi olmadığından bu iş alınmır.”

FaktXəbər-in məlumatına görə, bu barədə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində yaşayan 40 nəfərdən çox sakinin Azərbaycan Prezidenti İlham Əliyevə və əlaqədar orqanlara müraciətində deyilir.

Müraciətdə daha sonra deyilir:

“Hər birimizə məxsus tikilinin eskiz layihəsi və lisenziyası var.

Biz Sumqayıt şəhərinin günü-gündən gözəlləşdiyinin, inkişafının şahidiyik.

Lakin biz evimizdə odunla isinirik. Uşaqlarımız dərslərini şam işığında oxuyur. Bu problemlə bağlı “Azərişıq” ASC-yə rəsmi qaydada müraciət də etmişik. 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, problem həll edilmir. “Azərişıq” ASC-nin Ruslan adlı əməkdaşı bizə telefonla bildirdi ki, “qəsəbə ilə yarımstansiya arasında 600 metrdir, şəbəkə qurulma xərci çoxdur, 30 ədəd dayaq lazımıdır, bundan da başqa bu işlər Sumqayıt şəhər bələdiyyəsi tərəfindən görülməlidir”

Həmin əməkdaşa bu haqda dövlət başçısına və digər orqanlara şikayət edəcəyimizi də bildirdik, ondan “bu sizin hüququnuzdur, özünüz bilərsiniz” cavabını aldıq. Maraqlıdır, harada görünüb ki, bələdiyyə vətəndaşlara şəbəkə qursun?

Respublikada elektrik enerjisi sisteminin yenidən qurulması və inkişafı üçün dövlət başçısının sərəncamları əsasında dövlət büdcəsindən kifayət qədər vəsait ayrlıb. Bu işlər bələdiyyə tərəfindən görüləcəksə, işıq idarəsi nə üçündür? Ölkənin ən ucqar kəndlərində işıq var. Respublikanın iri sənaye şəhəri olan, günü-gündən inkişaf edən Sumqayıtda Kimyaçılar qəsəbəsində insanların işıqsız olmasını təsəvvür etmək mümkün deyil.

İnsanlar qarşıdan gələn Novruz bayramının gəlişini bayram edir, biz evlərimizdə işığın yanmasını arzulayırıq.

Sizdən xahiş edirik qəsəbəmizdə şəbəkə qurulmasında bizdən öz köməyinizi əsirgəməyəsiniz.”
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO