Keçmiş işçisi direktordan giley edir - Müraciət
Sosial
Oxunub: 714
13 mar 2018 | 13:52
Keçmiş işçisi direktordan giley edir - Müraciət














Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" massivi, bina 62, mənzil 7-də yaşayan Qasımova Şölə Qasım qızı 275 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir.

"Təzadlar" vasitəsilə Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edən şikayətçi iddia edir ki, sözügedən məktəbin direktoru Fəridə Şərifova ona işdən çıxması ilə bağlı məcburi ərizə yazdırıb.

"Hörmətli Mehriban xanım!

Mən Qasımova Şölə Qasım qızı,2007-ci ildən paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdim. Çalışdığım müddətdə heç bir nöqsanım olmayıb. Lakin 2017-ci il sentyabrın 27-də 275 nömrəli tam orta məktəbinə direktor təyin olunan Fəridə Şərifova qərəzli şəkildə müxətlif bəhanələr gətirməklə mənə 2 dəfə töhmət verdi. Sonra isə təzyiqlər göstərərək işdən çıxmağım barədə ərizə yazmağımı tələb etdi. Bu barədə aidiyyəti qurumlara, o cümlədən prezident cənab İlham Əliyevə onlayn müraciət göndərdim. Müraciətimə müsbət cavab gəlsə də, direktor Fəridə Şərifova qanunsuz olaraq məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad etdi.

Bunun da səbəbi o idi ki, əvvəlcədən direktor Fəridə Şərifova məni kabinetinə çağıraraq "Şölə xanım, mən bu vəzifəyə elə-belə gəlməmişəm, arxamda adamlarım var, özüm də lazım olan adamları görə-görə gəlmişəm. Əgər vəzifədə qalmaq istəyirsənsə, nə demək istədiyimi başa düşdün!" - deyə tələb etdiyi pulu vermədim. Ona üç övladım olduğunu, onları təkbaşına böyütdüyümü, hətta onlardan birinin ürək qüsurlu olduğunu və əməliyyatı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə olunduğunu deməyimə də möhəl qoymadı.

İstirahət günlərinin birində direktor Fəridə Şərifova məni məktəbə çağırdı. Kabinetinə daxil olanda direktorun yanında tanımadığım iki kişi vardı. Onlar məndən seçki ilə bağlı sənədləri tələb etdi. Həmin adamların kimliyini soruşanda, direktor səsini yüksəldərək, "sənə nə var kimdirlər, belə qohumumdur, qardaşımdır" dedi.
Beləliklə, hədə dolu təkidlərlə məni 2011-ci ildən sədri olduğum seçki məntəqəsindən də işdən kənarlaşdırdı.

Direktorun arxasında dayanan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, onun bu qanunsuzluqlarına dəstək verən məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Sahab İsayev və təlim-tərbiyə işləri üzrə direktor müavini Ayişə Məmmədovadır.

Ümumiyyətlə, son illər 275 nömrəli tam orta məktəbdə təhsil adına yaraşmayan işlər cərəyan edir. Məktəbdə baş alıb gedən rüşvətxorluğa görə keçmiş direktor Elmira İsmayılova işdən çıxarılsa da, yeni direktor təyinatı heç nəyi dəyişmədi. Əksinə, direktor qanunsuzluqların sayını daha da artırmağa başladı. Bu barədə aidiyyəti qurumları xəbərdar etsəm də, direktor barədə heç bir tədbir görülmür. Görəsən, niyə?"

Şikayətlə bağlı 275 nömrəli tam orta məktəbin rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. \\tezadlar.az\\
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!