Övladlarımızı narkotikdən necə qoruyaq? - PSİXOLOQ YAZIR
Sosial
Oxunub: 619
18 mar 2018 | 17:43
Övladlarımızı narkotikdən necə qoruyaq? - PSİXOLOQ YAZIR













Milli.Az lent.az-a istinadən psixoloq Deniz Rzayevin məqaləsini təqdim edir.

Getdikcə daha cox yeniyetmələr esrar və digər yüngül narkotik vasitələrdən istifadə etməyə başlayır. 2005-ci ildə aparılmış tədqiqatlar göstərir ki, 17 yaşda olan gənclərin 50,3%-i hec olmasa bir dəfə də olsa narkotik maddələrdən istifadə ediblər. 2000 -ci ilin statistikasında isə bu rəqəm 45.5% olub. Bu faktlar gənclərin getdikcə narkotik maddələrə meylinin artmasını göstərir.Gənclərin çoxu hesab edir ki, yüngül narkotik maddələr zərərsizdir və bunlardan bir necə dəfə istifadə etsələr, heç bir ziyanı olmayacaq. Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə alüdə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir.

Narkotik maddələrə marağın səbəbləri

Bəs, niyə yeniyetmələr esrar və başqa narkotik maddələrdən istifadəyə maraq göstərir? Bu sualı narkotik maddələrdən asılılıqdan əziyyət çəkən gənclərə verəndə əksər hallarda belə cavab verirlər: "Esrar mənə stressdən kömək edir". Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görsənir. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar.

Əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər. Bu onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Bu artıq valdeynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnaldır. Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikirincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər adətən onlarda asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirlərdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür . Çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər.

Adətən narkotik maddələrə alüdə olanlar düşünürlər ki, "istədiyim vaxt ataram". Bəzən insanlarda esrar, heroin və ya spirtli içkilər asılılıq yaratmır kimi fikirlər yaranır. Lakin valideynlər belə hallarda daha diqqətli olmalı və narkotik maddələrdən istifadənin yaxşı nəticələnməyəcəyini izah etməlidirlər.

Belə hallarda valideynlər uşaqların narkotik maddədən necə istifadə etməsi barədə məlumat toplamağa başlamalıdırlar. Misal üçün, gündə neçə dəfə narkotik maddədən istifadə etməsi, hansı gənclərlə görüşdüyü zaman narkotik maddəni qəbul etməsi və ya mütəmadi hal alıb-almaması, bu narkotik vasitələrin necə əldə edilməsi kimi məlumatları toplayıb təhlil etmək lazımdır.
Uşaqlarla bu vasitələrdən istifadənin nə ilə nəticələnəcəyi barədə ətraflı söhbət etmək, narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulması haqda izah etmək lazımdır.

Qeyd edək ki, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər . Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla dah çox vaxt keçirin. Onda narkotik vasitələri atmağa maraq oyadın. Belə vəziyətlərdə ona sağlamlığı və taleyi haqqında fikirləşməsi üçün şərait yaradın və övladlarınıza sizin üçün çox dəyərli olduqlarını tez-tez deyin. Uşağa imkan yaradın ki, özü belə vəziyyətin onun üçün təhlükəli olduğunu və narkotik maddələrin təsirinin neqativ tərəflərini dərk etsin.

Əgər yeniyetmə sizinlə razılaşmırsa və ya sizin istifadə etdiyiniz spirtli içkinin və tütün məmulatlarının da orqanizm üçün zərərli olduğunu deyirsə, nümunəvi valideyn olmaq üçün bu məhsullardan istifadəyə son qoymağınız məsləhətdir. Bunu etdikdən sonra övladınız sizin sözlərinizə daha çox inanacaq və onun gözündə hörmətiniz artacaq. Nəticədə o, sizdən nümunə götürərək bu vasitələrdən istifadəni dayındıra biləcək.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...