Novruz günlərində necə qidalanmalı - dietoloq danışır
Sosial
Oxunub: 500
19 mar 2018 | 12:09
Novruz günlərində necə qidalanmalı - dietoloq danışır
















Sabah - martın 20-də ölkəmizdə ilaxır çərşənbədir. Eyni gündə də Novruz bayramı qeyd olunacaq. Hər zaman olduğu kimi bayram süfrələrində şəkərbura, paxlava, qoğal, o cümlədən müxtəlif cür bol kalorili şirniyyatlar, plov, ət qovurması və sairə yeməklər düzüləcək. Beləliklə, birdən-birə orqanizmimizi yükləyəcəyik. Bu da artıq çəkiyə, bəzən də müəyyən fəsadlara gətirib çıxarır.

Bəs bayramda necə qidalanmalı, kimlər xüsusilə bu günlərdə daha diqqətli olmalıdırlar?

Mövzu ilə bağlı dietoloq Leyla Zülfüqarlı “Yeni Müsavat”a öncə bunları dedi: “Novruz bizim milli bayramımız, adət-ənənəmiz, dəyərimizdir. Mən bu bayramı daha çox şirniyyat bayramı kimi xarakterizə edirəm. Çünki qısa müddət kəsiyində orqanizmində çox böyük şəkər yüklənməsi baş verir. Qeyd edim ki, bu, həm kiçik, həm də böyük insanların orqanizminə aiddir. Təsəvvür edin, bir şəkərburanın kalorisi 600-650 civarındadır. Adicə şorqoğalının tərkibində şəkər olmasa da, kalorisi var, çünki xüsusi qat-qat xəmirdən və yağlardan hazırlanır. Paxlavaların isə bəzən kalorisi 800-ə qədər ola bilir.

Doğrudur, bu şirniyyatlar çox kiçik həcmlidir və insanlar onlardan çay içmək üçün istifadə edir. Amma hər birində qeyd etdiyimiz kimi bu qədər kalori olan qidalar orqanizm üçün böyük təzyiq, yüklənmədir. Bunun üçün də hər zaman tövsiyə etmişəm ki, qəbul edilən qidaların ölçüsünə diqqət edilməlidir. Bu məsələyə xüsusən də bayram günlərində diqqət etmək lazımdır. İnsanlar bəzən düşünür ki, bayram günlərində 1-2 kq artıq çəki alsalar da, sonradan əvvəlki çəkilərini bərpa edə biləcəklər. Lakin bu problem deyil, artıq çəkidən hansısa şəkildə azad olmaq olur. Lakin yüksək kalori şəkərin birdən-birə orqanizmə daxil olması aruzolunan hal deyil. Beləliklə bayram ərəfəsində orqanizmimizə daha çox proteinlər deyil, karbohidratlar daxil edirik".

Novruz günlərində necə qidalanmalı - dietoloq danışır


Dietoloq mövzu ilə bağlı öz tövsiyələrini də bildirdi: “Əgər bir gün ərzində bayram süfrəmizi hazırlayırıqsa, süfrənin üzərindəkilərə diqqət edəcəyik. Ən kalorili yeməkləri eyni gündə orqanizmimizə daxil etməyək. Məsələn, eyni zamanda həm plov, həm də şirniyyatları qəbul etmək olmaz. Onların hamısını eyni gündə dadmayaq. Unutmayaq ki, bayram bir gün deyil, 7 günə qədər uzadılıb. Deməki, qarşıda bir neçə günümüz olacaq. Əgər bir gündə şəkərbura qəbul etdiksə, digər gün paxlavaya vaxt ayıra bilərik. Eyni gündə həm şəkərbura, həm paxlava qəbul etmək yüklənmə yaradır. Əgər həmin gün yeməyimizə plov daxil etmişiksə, o zaman şirniyyatlardan istifadə edilməsin. Şirniyyatlardan istifadə edəcəyimiz gün yalnız ət qidalarını qəbul etməliyik. Məsələn, kabablardan, yağ əlavə edilmədən bişirilən ətlərdən qəbul edə bilərik. Günün sonunda isə bütün ağır yeməkləri neytrallaşdırma gücünə malik olan qatıqdan istifadə tövsiyə edilir. Qatığın içinə bir çimdik zəncəfil əlavə edib istifadə etmək olar. İnsanlar bu tövsiyələrə riayət etsə, şəkər yüklənməsindən azad ola bilər”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO