Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verilib
Sosial
Oxunub: 611
19 mar 2018 | 19:33
Qarabağ əlilləri və şəhid ailələrinə mənzil verilib














Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, mənzillərdən 9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 13 mart 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin uğurla davam etdirilməsinə imkan verir.

Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Cari ilin ötən dövründə Azərbaycan prezidenti tərəfindən imzalanan sərəncamlarla qeyd edilən sosial ödənişlərin – pensiya və sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin də növbəti dəfə artırılması təmin edilib. Bu tədbir eləcə də hazırda daha bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillərin təqdim olunması həmin kateqoriyalardan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yüksək diqqət və qayğının cari ildə də uğurla davam etdirildiyini göstərir.

Sonda yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini ifadə ediblər.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO