"Atama kömək edin, biz atalı böyümək istəyirik" - Yardım et, həyat ver
Sosial
Oxunub: 589
27 mar 2018 | 13:08
"Atama kömək edin, biz atalı böyümək istəyirik" - Yardım et, həyat ver














Gənc yaşında qaraciyər serrozundan anasını itirən Biləsuvar sakini Mehman Balakişiyev də bir neçə ildir ki, həmin xəstəlikdən əziyyət çəkir. Mehmanın ailəsi redaksiyamıza müraciət edərək onun müalicəsi üçün kömək istədiklərini söyləyiblər.

Sualları cavablandıran həyat yoldaşı Əfsanə Xalıqverdi bildirib ki, hər dəqiqə Mehmanın əlehinə işləyir.

-Əfsanə xanım Mehman bəy nə zamandan bu xəstəlikdən əziyyət çəkir?

- Mehman 26 yaşından qaraciyər serrozundan əziyyət çəkir. 2013-cü ildən bu xəstəlikdən müalicə alır. Müalicə üçün əlimizdən gələni etmişik. Demək olar ki, əlimizdə nə varsa hamısını satıb Mehmanın müalicəsinə xərcləmişik. Tezliklə qara ciyəri dəyişilməlidir.

-Əməliyyat üçün nə qədər pul lazımdır?

- Əməliyyat üçün 60 min manat pul lazımdır. Donor yaxınlarından olacaq. Bu əməliyyatı təkcə Azərbaycanda Nefçilər Xəstəxanasında işləyən Mircəlal Kazımi edir. Əslində Mehman xəstəxanada yatmalıdır. Xəstəxanada 1 gün yatmaq üçün bizdən 200-300 manat istəyirlər. Buna da imkanımız olmadığına görə evdə müalicə etdirməli oluruq. Müalicəyə də maddi gücümüz qalmayıb. Mehman təkcə öz ailəsini deyil yaşlı nənəsinə də baxır.

-Nefçilər Xəstəxanasından başqa hansı xəstəxanalara müraciət etmisiniz?

-Onu aparmadığımız xəstəxana qalmayıb. Hətta İrana və Gürcüstana da aparmışıq. Düzdü orda əməliyyat demədilər. Uzun müddətli müalicənin lazım olduğunu söylədilər. Vəziyyəti ağırlaşdığına görə Mehmanı şok vəziyyətində Nefçilər Xəstəxanasına apardıq. Vəziyyəti ağır olduğuna görə xəstəxanaya götürmürdülər. Mehman bir neçə gün reanimasiyada yatmalı oldu. Onun ayılmasını həkimlər möcüzə adlandırdılar. Tezliklə əməliyyat olmalıdır.

-Kömək üçün haralara müraciət etmisiniz?

Biz kömək üçün Heydər Əliyev Fönduna, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, Səhiyyə Nazirliyinə müraciət etmişik. Amma hələ də bir cavab yoxdur.

-Bu xəstəlik Mehmanda birdən-birə yarandı?

-Mehman uşaqlıqdan sarılıq keçirib. Buna görə də 15 yaşından dalağı çıxarılıb. Dalağın da çıxarılması qaraciyərində səpkilərə səbəb olub. Buna görə də o, 18 yaşından qaraciyərdən müalicə alır. Onun anası da 45 yaşında bu xəstəlikdən vəfat edib. İmkanlı şəxslərdən xahiş edirəm ki, həyat yoldaşıma kömək etsinlər. İstəmirik ki, Mehman anasının taleyini yaşasın. Övladlarımız atasız qalmasın. İki körpəmizin xətrinə kömək etsinlər. İki bu körpəmizin xətrinə Mehmana yardım edilsin ki, uşaqlarımız atasız böyüməsin. Mehman tək uşaqlarımızı böyütmür, qoca nənəsinə də baxır. Kimin nəyə imkanı çatırsa yardım etsinlər bizə. Lazım olan məbləğ yığılsın ki, Mehman əməliyyat olunub ayağa qalxsın. Mehman özü anadan yetim böyüyüb. Balalarımız atadan yetim böyüməsin.

"Əmilər, babalar atama kömək edin, biz atalı böyümək istəyirik" - Yardım et, Həyat ver - VİDEO

-Tərgül xanım nəvəniz haqqında nə deyə bilərsiniz?

- Cəbrayıl rayonun Böyük Mərcanlı kəndindənik. Mehmanın əmisi İsgəndər Balakişiyev vətən uğrunda şəhd olub. Məni bu qoca vaxtımda Mehman baxır. Ona bir şey olsa mənə kim baxacaq. İmkanlı şəxslərdən xahiş edirəm nəvəmə kömək etsinlər ki, ayağa qalxsın. 60 minə görə bir ailə başsız, uşaqlar isə atasız qalmasın. Heç olmasa balalarına acısınlar. Uşaqlar Yetim böyüməsin. Əməliyyat olub sağalıb uşaqlarını böyütsün. Təcili qaraciyəri dəyişilməlidir. Kısa müddətdə dəyişilməlidir ki, o həyatda qala bilsin. Zaman onun əlehinə işləyir. Hər dəqiqəsi qorxuludur. Hər saniyə yanında oluruq. Çox qorxuruq onu itirməkdən. Bütün Biləsuvar sakinləri bizə əllərindən gələn yardımı edirlər. Amma təəssüf ki, o yardımlar ancaq günlük mülicəsini görür.

-Mehman bəy sizi izləyənlərə nə müraciətiniz var?

-Bütün imkanlı şəxslərdən özüm üçün kömək istəyirəm. Anamı da cavan yaşında bu xəstəlikdən itirdim. Mən anadan yetim böyüdüm. Övladlarım atadan yetim böyüməsin. Kömək etsinlər lazım olan məbləğ yığılsın. Əməliyyat olunub ailəmin başında dura bilim. Tək arzum sağalıb övladlarımın xoşbəxt gələcəklərini görməkdir. Mənim bu arzumu ürəyimdə qoymayın.

-Atanız üçün arzuların nələrdir?

-Əmilər, dayılar, xalalar atama kömək edin. İcazə verməyin ki, biz yetim böyüyək. Biz atalı böyümək istəyirik.Mən də bütün uşaqlar kimi atamla gəzib, oynamaq istəyirəm.

-Əfsanə xanım son müraciətiniz nələrdir?

- Bütün soydaşlarımızdan kömək gözləyirik. Xahiş edirəm Mehmana kömək edin. Gənc yaşda arzuları ürəyində qalmasın. Bizim övladlarımızla bağlı gözəl planlarımız var. Arzularımızın gözümüzdə qalmasına izin verməyin. İmkanlı şəxslərdən yardım gözləyirik. Ən azından Mehmanın gəncliyinə acısınlar. Mən uşaqlıqdan atasız böyümüşək. Övladlarım da mənim yaşadığımı yaşamasın. Atasızlıq çox ağırdı.

///big.az
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb