“İrşad Telekom” müştərinin başına oyun açdı - GİLEY
Sosial
Oxunub: 700
28 mar 2018 | 14:14
“İrşad Telekom” müştərinin başına oyun açdı - GİLEY















“İrşad Telekom”un servis xidməti daha çox gəlir əldə etmək üçün müştəriləri şərləyir.
Bu barədə Qaynarinfo-ya Bakı şəhər Xətai rayon sakini Əliyev Eldəniz Həsən oğlu məlumat verib.
O, bu yaxınlarda şirkətdən aldığı telefonla bağlı problem yarandığı üçün müraciət etdiyini, lakin heç bir xidmət göstərilmədiyini bildirib:
“Ötən ilin iyun ayında “İrşad Telekom”dan rəsmi zəmanətlə 540 manata 1 illik kreditlə “Alcatel” telefonu almışam. 7-8 ay müddətində telefonun işləməsində heç bir problem olmayıb. Sadəcə cüzi cızılmalar olduğundan səliqəli görünsün deyə korpusu dəyişmək üçün müraciət etdim. Dedilər ki, bu, zəmanətə daxil deyil, amma öz vəsaitinizlə dəyişdirə bilərsiniz. 180 manata razılaşdıq. Dedilər ki, siz bizim yaxşı müştərimiz olduğunuz üçün 6 aylıq müddətinə ayda 30 manat verməklə sizinlə müqavilə bağlaya bilərik. Telefonun işlək vəziyyətdə olduğunu yoxladılar və müqavilə bağlanıldı.
Telefonu təhvil verib evə gəldikdən sonra servis mərkəzindən mənə zəng gəldi ki, bəs telefonda problem yaranıb, tez ofisə gəlin. Problemin nədə olduğunu soruşanda bildirdilər ki, telefon haradasa açılıb və platanın üzərinə iş aparılıb. Gedəndə isə mənə dedilər ki, guya mən telefonda onların nümayəndəsi ilə danışanda telefonun “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təmir edildiyini demişəm.
Belə bir danışığın olmadığını dedim və əgər dedikləri kimi elə bir söz demişəmsə, danışıq qeydini göstərmələrini tələb etdim. Cavab verdilər ki, bəs danışıq birtərəfli olaraq qeydə alınıb və bu səbəbdən sizin dedikləriniz yazılmayıb.
Özüm ali təhsilli insanam və bildirdim ki, telefon şirkətinin rəsmi zəmanəti ola-ola, servisi ola-ola niyə başqa bir yerə aparım?! Həmçinin nümayəndələriniz telefonu məndən götürəndə diqqətlə yoxladılar, əgər həqiqətən açılmış olsaydı, bunu mənə o zaman deyərdilər. Necə oldu ki, mən evə gedib çatandan sonra belə bir problem ortaya çıxdı?
Görünür məni çağırmaqlarında, şərləməklərində məqsəd o idi ki, telefonda problem olduğuna inandırıb, əlavə vəsait alsınlar. Guya telefon açılıb və düzəldilməsə 1 gün, 5 gün sonra xarab ola bilər.
Beləliklə haqlı olaraq haqsız vəziyyətə saldılar, tələbim yerinə yetirilmədi. Dedilər ki, telefonunuzu götürün və hara da istəyirsiz şikayət edin.
Bildirmək istəyirəm ki, firmanın inkişafı, reklamı müştərinin məmnuniyyətindən, göstərilən xidmətdən asılıdır. Amma bunlar əksinə, müştərini necə aldatmaq, şərləməklə necə 100-150 manat artıq qazanmaqla qabağa düşmək haqda düşünürlər”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...