20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi — SƏS YAZISI
Sosial / Video
Oxunub: 698
28 mar 2018 | 10:00
20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi — SƏS YAZISI















Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı 20 nömrəli məktəbdən açıqlama verilib.
"Ölkə.Az" bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından sədr və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur.

Məsələ ilə əlaqədar 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova ilə əlaqə saxladıq. Direktor saytımıza açıqlamasında bununla bağlı heç bir məlumatı olmadığını və məsələni öyrəndikdən sonra məlumat verəcəyini bildirdi. Görünür ki, direktor da idarə etdiyi təhsil ocağında baş verənlərdən xəbərsizdir?!

Daha sonra özünü direktorun köməkçisi kimi təqdim edən şəxs açıqlamasında VMA-ların bütün məktəblərdə olduğunu, bəzilərində şagirdlərdən 3-5 manat, bəzilərində də aylıq 10 manat yığıldığını bildirib.

- Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qərarı ilə 2005-ci ildə təsdiq olunub. Nizamnaməsi və əsasnaməsi var. Elə məktəblər var ki, 10 manatdır, bizdə isə 5 manatdır. Ola bilər ki, hansısa müəllim valideyndən artıq pul istəyib. VMA pedaqoji şura ilə təsdiq olunan bir qurumdur. İndi hər məktəbin öz VMA-sı var. Elə məktəb var yığılan vəsaiti öz hesabına keçirir. Bizim məktəb də yeni yaradılıb. Hesab açılacaq. Məktəbin mühafizəsini, xadiməsini, qapısını, bacasını saxlamaq da orada gedir. Biz indi sizə onunla bağlı hesabat vermirik. Sadəcə bilin ki, VMA-nın özünün nizamnaməsi və əmri var.

- Məktəbin qapısını, bacasını deyirsiniz, bu dövlət məktəbidir və dövlət də bunun üçün büdcədən vəsait ayırır.
- Bəli dövlətin məktəbidir. Qapıdan, bacadan getmədi söhbət...

Daha sonra direktor müavini bizi hədələyərək bir daha zəng vurmamağımızı bildirdi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdik. Qurumdan bildirildi ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.


Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...