Azərbaycanda 5000 manata doğuş - ŞOK QİYMƏTLƏR
Sosial
Oxunub: 618
29 mar 2018 | 11:49
Azərbaycanda 5000 manata doğuş - ŞOK QİYMƏTLƏR













Ötən illərlə müqayisədə Azərbaycanda təbii doğuş və qeysəriyyə qiymətlərində müəyyən qədər də olsa artım müşahidə olunur. Bu sahədə qiymətlər 500-5000 manat arasında dəyişilir. Dövlət xəstəxanalarında doğuş qiymətləri 500-800 manat arasında dəyişsə də, özəl tibb müəssisələrində daha yüksək - 950-5000 manat arasında ödəniş tələb olunur.

Qiymətlərə və klinikaların təklif etdiyi paketlərə nəzər salaq:

"Caspian İnternational Hospital”da təbii doğuş qiymətləri 800, qeysəriyyə qiymətləri isə 1500 manatdan başlayır.

"Meidlux”da təbii doğuş qiymətləri 1150, qeysəriyyə qiymətləri isə 1250 manatdan başlayır.

VİP otaqlar üçün əlavə olaraq günlük 150 manat ödəniş tələb olunur.

"Leyla Şıxlinskaya” klinikasında təbii doğuş qiymətləri 1000, qeysəriyyə qiymətləri isə 1250 manatdan başlayır. Lakin bu qiymətə nə analizlər, nə də ki, "UZİ"lər daxildir.

"Baku Medical Plaza”nın mərkəz filialında təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN təşkil edir, qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir.

VİP otaqlarda isə qiymətlər tamamilə fərqlidir. Paketdən xaric qalmaq üçün günlük olaraq 100 AZN tələb olunur.

Lüks otaqlar da tək nəfərlikdir. Vip paket qiymətindən əlavə gündəlik 200 AZN ödəniş tələb olunur. Paketdən xaric əlavə yatış günü 300 AZN-dir. İstəyə bağlı özəl tibb bacısı xidməti verilir. Qiyməti gündəlik 100 AZN;

Ultra lüks otaqlar da tək nəfərlikdir. VIP paket qiymətindən əlavə gündəlik 300 AZN ödəniş tələb olunur. Paketdən xaric əlavə yatış günü 400 AZN-dir. Burada da istəyə bağlı özəl tibb bacısı xidməti verilir. Bunun üçün də ayrıca olaraq 100 manat ödəniş tələb olunur. Yalnız bu paketdə xəstənin həyat yoldaşı istərsə, pulsuz olaraq doğumda iştirak edə bilər.

Suit otaqlar da tək nəfərlikdir. Paket qiyməti 5000 AZN, paketdən xaric əlavə yatış günü 500 AZN ödəmək lazımdır.

Ayrıca xəstələrin həyat yoldaşının doğumda iştirakına (200 AZN), film və ya foto çəkilişlərinə (200 AZN) icazə verilir.

Yalnız doğuş qiymətləri deyil, digər əməliyyatlar, UZİ, qan analizlərinin də qiyməti kifayət qədər yüksəkdir. Bəs Azərbaycanda səhiyyə xidmətlərinin qiymətlərinin bu qədər yüksək olmasına səbəb nədir?

İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bu haqda danışaraq bildirib ki, xərclərin bu qədər yüksək olmasının əsas səbəblərindən biri rəqabətsiz mühit, digər səbəb isə maaşın az olmasıdır:

"Ümumilikdə digər ölkələrlə müqayisə etdikdə, biz Azərbaycanda səhiyyə xərclərinin o qədər də yüksək olmadığını görə bilərik. Lakin cibimizə nəzərən bu qiymətlərin kifayət qədər yüksək olduğunu deyə bilərik. Demək olar ki, bütün özəl xəstəxanalarda qiymətlər eynidir. Rəqabət yoxdur. Özəl xəstəxanalarla yanaşı dövlət xəstəxanalarında da müxtəlif xidmətlər ödənişlidir. Özəl xəstəxanalar xəstələri özlərinə cəlb etmək üçün daha cəlbedici təkliflər verə bilər. Bir həkim ay ərzində 50-60 əməliyyat edirsə, onun maaşı 300 manat olmamalıdır".
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM