Kişiləri yataqda öldürən “VİAQRA”nın təhlükəli təsirləri…
Sosial
Oxunub: 503
18 apr 2018 | 10:00
Kişiləri yataqda öldürən “VİAQRA”nın təhlükəli təsirləri…














Bir neçə gün öncə dünyasını dəyişən deputat Astan Şahverdiyevin ölümü ilə bağlı yayılan məlumatlar səngimir. Məlum olduğu kimi, deputat Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həblərdən – “Viaqra”dan istifadə etdiyi üçün dünyasını dəyişib.
Bu məlumatın nə dərəcədə doğru olub-olmadığı dəqiqləşdirilməsə də, qeyd edək ki, son illərdə ölkəmizdə “Viaqra”dan dünyasını dəyşilənlərin sayı durmadan artmaqdadır. Məsələn, bu ilin yanvar ayında Bakının nüfuzlu otellərinin birində 1962-ci il təvəllüdlü ərəb turist Məsfər Oman Əlbillahi “Viaqra” qəbul etdiyi üçün ürək tutmasından dünyasını dəyişmişdi. Bir neçə il öncə isə Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün də ölümünə səbəb analoji dərmandan istifadə etməsi olmuşdu.
Bəs, “Viaqra” nədir? Kimlər belə dərmanlardan istifadə edə bilərlər?
Məlumata görə, dünyada ən çox satılma üzrə rekord vuran “Viaqra” ilk dəfə 1998-ci ildə ABŞ-da hazırlanıb. İlk vaxtlar bu dərman tamamilə başqa məqsədlə – ürək anginasının müalicəsi üçün nəzərdə tutulub. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu.
Onun istehsalçısı olan “Pfizer” şirkəti hətta az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər vermişdilər ki, bu dərmanın başqa, indi hamıya məlum olan effekti də var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.
Ekspertlərin sözlərinə görə, “Viaqra” tipli dərmanlar cinsi istəyi artırmır, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırır. Onlar psixoloji cinsi zəiflikdə çox vaxt bu cür dərmanları tövsiyə edirlər. Çünki bu həblərin təsiri istifadə edən şəxsin özünə olan güvənini gücləndirir və cinsi əlaqənin keyfiyyətini artırır. İstifadəsinə gəldikdə isə, ekspertlər bu tip dərmanları yalnız 4-5 dəfə içməyi tövsiyə edirlər.
Araşdırmalar onu göstərir ki, təxminən 10 il əvvəllə müqayisədə, hazırda cinsi həvəsi artıran dərmanlara tələbat çoxalıb. Artıq iş o yerə çatıb ki, adi şəxslər belə, bu cür dərmanları həkim məsləhəti olmadan da xaricdən onlayn sifariş edib, qapılarına qədər gətizdirə bilirlər. Bu da əksər hallarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Son vaxtlar kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da böyük rolunun olduğu bildirilir. Ən yaxşı halda, bu cür dərmanların qəbulundan sonra insanda baş gicəllənməsi, ürək bulanması, huşunu itirmə kimi hallar yaranır.
Ölkəmizdə “Viaqra” tipli dərmanlar qeydiyyatdan keçib və hər kəs çox asanlıqla bu dərmanları əldə edə bilir. İki il öncə Tarif Şurası bu tip dərmanların qiymətini artırdı. Belə ki, pərakəndə satılan “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” kimi bu kateqoriyadan olan preparatların tərkibindən və istehsal olunduqları ölkələrdən asılı olaraq, qiymətləri 4-333 manat arasında dəyişir.
Məsələn, Fransanın “FAYZER PGM” şirkətinin istehsal etdiyi “Viaqra” dərmanı Bakıda 332 manat 90 qəpiyə satılır. Misir istehsalı olan “Venegra” isə 3 manat 88 qəpikdir. /musavat.com/
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası