Ölkədə işsizlik səviyyəsi yox dərəcəsindədir. Əhali gözəl yaşıyır. Pensiyalar qaldırılıb... - Səlim Müslümovdan AÇIQLAMA
Sosial
Oxunub: 465
18 apr 2018 | 11:40
Ölkədə işsizlik səviyyəsi yox dərəcəsindədir. Əhali gözəl yaşıyır. Pensiyalar qaldırılıb... - Səlim Müslümovdan AÇIQLAMA















"Sosial ödənişlər sisteminin birinci istiqaməti üzrə sığorta prinsipinə söykənən, mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya təminatı ilə hazırda 1,3 mln. nəfər, başqa sözlə, əhalinin 13,3 faizi əhatə olunur".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkəmizdə 2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib: "2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artıb, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edib".
Nazir bildirib ki, pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.
"Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olub, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3 mln. 289,6 mln. manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur", - deyə S.Müslümov vurğulayıb.
Nazir qeyd edib ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə 1-ci yerdə qərarlaşıb: "Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər".
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli sərəncamı da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım olmaqla, əmək pensiyalarını əvvəlki ilin orta aylıq əmək haqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7% artırmağa imkan verib: "Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdıran pensiya islahatları sosial sığorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial sığorta haqları üzrə gəlirlər 2003-cü illə müqayisədə 9,4 dəfə artaraq 2,1 milyard manat təşkil edib, o cümlədən qeyri-büdcə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 milyard manat və ya 8,8 dəfə çox sosial sığorta haqqı daxil olub. Sosial sığorta daxilolmaları hesabına ildən-ilə özünü göstərən artım pensiyaların vaxtlı-vaxtında maliyyə təminatını həyata keçirməyə imkan verib"(apa).
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE