275 SAYLI MƏKTƏBDƏ «APREL DÖYÜŞLƏRI «
Sosial
Oxunub: 1 898
20 apr 2018 | 01:11
275 SAYLI MƏKTƏBDƏ «APREL DÖYÜŞLƏRI «













BŞTİ rəhbərliyinin yarıtmaz siyasəti paytaxt məktəblərini rəzil edir



Azərbaycan cəmiyyətində hamıya bəllidir ki, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli hadisələrdən olan seçkilərdə ən fəal iştirak edən, eyni zamanda tədbirin təşkilati məsələlərinə dəstək verən zümrə məhz təhsil ictimaiyyəti, müəllimlərdir. Yerlərdə məntəqə seçki komissiyalarının yerləşməsi üçün məktəblər məqsədəuyğun ünvan seçilir, çox zaman komissiya sədri məktəb direktoru, komissiya üzvü müəllim olur. Təhsil işçiləri fəallıq etməklə həm də digər vətəndaşlara nümunə göstərmiş olurlar.

Paytaxtın 275 saylı orta məktəbinin direktoru Fəridə müəllimə isə Prezident seçkiləri günündə heç də nümunəvi təsir bağışlamayıb. Əyninə geydiyi dar, ekstravaqant, orta statistik məktəb direktoruna, müəllimə yaraşmayan şalvar hamının diqqətini çəkib. Bu barədə redaksiyamıza məlumat verən etibarlı mənbə bildirmişdir ki, italyan brendi olan şalvarı direktora kimya müəllimi Qalya Azieva hədiyyə edib. Direktor Qalya müəlliməyə bir ay İtaliyaya qızının yanına istirahətə getməsinə qanunsuz icazə veribmiş. O da öz növbəsində borclu qalmamağa çalışıb.

Seçkilər təqvimin 11 aprel səhifəsinin söhbətidir. Daha üç gün sonra — aprelin 14-də elə rüsvayçı hadisə baş verib ki, bununla əlaqədar Başı şəhəri üzrə Təhsil İdarəsi aprelin 19-da məktəbdə ciddi yoxlama aparmağın zəruri olduğu barədə qərar verib. Həmin gün aşkar olub ki, məktəbdə oxuyan və kənardan gələn tərbiyəsi naqis yuxarı yaşlı yeniyetmə və gənc oğlanlar məktəbin damına çıxaraq üçüncü mərtəbədəki tualetin tavanından deşik açıb qızlara göz qoyurmuşlar. Axırıncı dəfə həmin deşikdən fonar şüasını tualetə yönəldəndə qızlar qışqırışıblar. Birinin isə qorxudan ürəyi gedib. Söz ildırım sürətilə yayılaraq hətta gedib həmin qızın hərbi xidmətdə olan qardaşına çatdırılıb. Əsgər qardaş bacısını qorxudan avaralara hədə göndərib, qonşu təhsil müəsisəsi olan 279 saylı məktəbin XI sinif şagirdi olan qohumuna zəng edib. O oğlan da öz növbəsində sinif yoldaşlarını səfərbər edərək «275″-in «doqquzuncular»ına hücum çəkib, nəticədə məktəblilər arasında kütləvi dava düşüb. Deyilənə görə, hadisədən iki gün sonra valideynlər məktəbə gəlib belə biabırçılığa gətirib çıxaran nəzarətsizliyinə görə direktorun üzünə tüpürmək istəyiblər. Direktor «ciddi bir şey yoxdur» deyib tualetin tavanındakı deşiyi sementlə tutsa da, cidanı çuvalda gizlədə bilməyib. Məlum olub ki, bir ara direktor öz bacısı oğlunu gətirib məktəbə qapıçı işinə düzəldib. O da məhlənin avara oğlanlarından pul alıb məkəbə daxil olmalarına icazə verirmiş.

275 SAYLI MƏKTƏBDƏ «APREL DÖYÜŞLƏRI «









Fəridə müəllimə direktor vəzifəsinə təyin olunandan sonra ilk təyinatı direktor müavini işləyən Şölə Qasımovaya bildirib ki,bu vəzifəyə elə-belə gəlməmişəm. Verdiyim pulu çıxartmaq üçün 5000 manat pul verməlisən.Şölə Qasımova direktorun tələb etdiyi rüşvəti vermədiyi üçün direktor onu vəzifədən çıxardıb . Şölə müəllimə öz vəzifəsindən kənarlaşdırılandan sonra işinə bərpa edilməsi və aldığı mənəvi ziyana görə təzminat tələbi ilə məhkəmədə direktora və Bakı şəhər Təhsil İdarəsinə qarşı dava açıb və deyilənə görə müavin birinci instansiyada çəkişməni udub. Direktor vəzifəsini icra edən Fəridə müəlliməninsə, savadının yerində olmadığı deyilir. Ondan ixtisasını soruşanda «əmək dili müəllimiyəm» deyib. Təsəvvür edin, «əmək təlimi» yox, məhz «əmək dili…

Bakı şəhər Təhsil İdarəsinin yarıtmaz siyasətini yürüdənlər təkcə idarə müdiri Məhəbbət Vəliyeva və bu mövzuda yazdığımız əvvəlki məqalələrdə adlarını çəkdiyimiz şəxslər deyil. İdarənin təchizat sektorunun müdiri Şahin İsgəndərovdan da məsuliyyət sorulmalı, əldə etdiyi nəhəng kapitalın mənbəyi araşdırılmalıdır. Heç yaşı 44 olmayan, Şahin İsgəndərovun 44 minlik 444 nömrə nişanlı inomarkası və əlbəttə ki, haram pul qazanmaqda böyük təcrübəsinin olması barədə KİV-də informasiya gedəndən sonra BŞTİ-nin həndəvərində duracaqda saxladığı «444″ yoxa çıxıb. İndilər o maşının yerində nömrə sonluğu 500 rəqəmi ilə qurtaran «Porşe» və 012 nömrə nişanlı «jip» dayanır.

275 SAYLI MƏKTƏBDƏ «APREL DÖYÜŞLƏRI «







BŞTİ-nin rəvac verdiyi qanunsuzluqlar, paytaxt təhsil müəssisələrində müşahidə olunan neqativ hallar barədə təhsil eksperti, Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarovla görüşüb onun da bu məsələlərə münasibətini öyrənməyə çalışdıq . Hiss olundu ki, Elşən müəllim geniş danışmaq istəmir. Xatırlatdı ki, təhsilimizdə gedən neqativ proseslər və onların səbəbləri barədə vaxtilə çox danışıb. Elə ona görə də onu düşmən elan ediblər, haqq sözü dediyinə görə ona qarşı müxtəlif təxribatlar törədiblər,onu aradan götürmək üçün avtomobil qəzası törədiblər,hətda müavininn əli ilə onu şərləmək istəyiblər. Bildirdi ki, zamanı gəlincə, bir sıra açıqlmaları olacaq.

Redaksiyamıza daxil olan məlumatlarda o da, qeyd olunur ki,18.04.2018- ci ildə BTİ-nin inspekporu Camal müəllim məktəbin direktoru Fəridə xanıma zəng edib ki,narahat olmayın,sabah yoxlamaya özüm gələcəm.»Siz çalışın ki,9-11- ci siniflərdə dərsə gəlməyən şagirdlərin «davamiyyəti » gedənə qədər qaydasına düşsün.

Biz də bir redaksiya olaraq, məqalə dərc olunmamışdan əvvəl qarşı tərəf kimi 275 saylı məktəbin direktoru Fəridə xanımın da mövqeyini dərc etmək üçün direktora zəng etdik.Fəridə xanım bildirdi ki, baş idarədən bizə qəti şəkildə qadağa qoyublar ki, heç bir jurnalistə açıqlama verməyin. Biz, yenidən BTİ- nin rəhbərliyinin elektron adresinə rəsmi məktubla müraciət edib məqalədə göstərilən faktlara aydınlıq gətirilməsini xahiş etdik . İdarədən yalnız aşağıdakı məzmunda cavab aldıq.

Mövzunu davam etdirəcəyik

Cavab:

Bakı şəhəri 275 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qasımova Şölə Qasım qızı ilə bağlanmış əmək müqaviləsi məktəbin Həmkarlar İttifaqı Komitəsinin müvafiq qərarına uyğun olaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 08.02.2018-ci il tarixli 22 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 09.02.2018-ci il tarixdən ləğv edilib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO