Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: -“...cavab verməlidir!”
Sosial
Oxunub: 714
23 apr 2018 | 19:16
Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: -“...cavab verməlidir!”















Ölkə mətbuatı bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilərək, Azərbaycana gətirildiyini yazır. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə saxlanılıb. Onun təyyarə ilə Azərbaycana gətirildiyi və istintaqa təhvil verildiyi vurğulanır. Qeyd olunur ki, H. Abdullayevin Bakıya gətirilməsi əməliyyatını Azərbaycan Daxili İşlər Nazirliyi həyata keçirib.
Rəsmi qurumlar isə hələ ki xəbərə münasibət bildirməyib.

Modern.az saytı xəbərlə bağlı 2007-ci ildə Milli Məclisdə Hüseyn Abdullayevlə əlbəyaxa olmuş parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ilə əlqə saxlayıb.

F.Ağamalı bildirib ki, onda Hüseyn Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsi ilə bağlı məlumat yoxdur.

“Ancaq mənim yanaşmam bundan ibarətdir ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan, cinayət əməllərinə yol verən insanlar qanun qarşısında cavab verməlidirlər. Tutmuş olduqları əməllərinə görə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Hüseyn Abdullayevin də həbs edilərək, Azərbaycana gətirilməsi realdırsa, buna tamamilə məntiqi yanaşıram. Burada qeyri-adi, xüsusi yanaşmanı görmürəm”.

Bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu azadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.

2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ