Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək
Sosial
Oxunub: 544
23 apr 2018 | 20:18
Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək














"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə burax;lmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi.

Lakin Təhsil Nazirliyindən Modern.az-a verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.

Əldə etdiyimiz məlumata görə, prosesin uzadılmasına səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.

Hazırda məsələ Nazirlər Kabinetinin müzakirəsindədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün təkliflər verilib.

“Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanunu ilə “Təhsil haqqında” Qanunda dəyişiklik edilərək ali təhsil müəssisələrində hazırıq qrupları təşkil olunub. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanı ilə Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulub. Təhsil Nazirliyinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair hazırladığı Qanun layihəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təkliflər verilib”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...