Vəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLAR
Sosial
Oxunub: 478
24 apr 2018 | 11:30
Vəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLAR














Qarabağ müharibəsi əlili Əmək və Sosial Müdafiə Nazirliyinin bəzi işçilərindən şikayət edir.

Minval.info-ya müraciət edən Qarabağ müharibəsi əlili Ucar rayon sakini Abdullayev Rahib nazirliyin bəzi işçilərinin onun üçün ayrılmış vəsaiti mənimsədiyini deyib. Müharibə iştirakçısının sözlərinə görə, o müharibədə yaralandığından onun üçün yaşadığı Ucar rayonu Qazqumlaq kəndində yeni mənzil tikilib.

Bu mənzil üçün 60 min AZN ayrılıb və tikilib qurtardıqdan sonra Qarabağ əlilinə təhvil verilib. Ancaq 2-ci qrup əlil Rahib Abdullayev bu evə heç köçə də bilməyib, çünki ev yararsız haldadır: “Ucar rayonu Qazqumlaq kəndində dövlət vəsaiti hesabına mənzil inşa edilib. Həmin mənzilin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və həmin ilin dekabr ayında mənim istifadəmə verilib. Buna dair mənə sənəd də təqdim edilib. Ancaq hələ yaşamağa başlamadığımız ev sökülüb dağılır. Evin qapıları, pəncərələri əyilib, tikinti işləri tamamlanmayıb. Qaz-işıq çəkilməyib. Bütün bunlara baxmayaraq həmin evi mənim istifadəmə verib çıxıb gediblər. Bu evdə isə yaşamaq qeyri mümkündür. Buna görə hazırda ailəmlə birlikdə kirayədə yaşamağa məcburam”.

Qarabağ əlili düşünür ki, Nazirliyin əməkdaşları 60 minin böyük bir hissəsini talan edib və ona görə də, evi yarımçıq qalıb: “Həmin evin inşası üçün 60.000 manat pulun ayrıldığı bildirilsə də gözlə görünən budur ki, burada külli miqdarda talançılığa yol verilib. Dövlət bu qədər vəsait ayırır ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məsul şəxsləri bu pulun böyük hissəsini özlərinə götürür və geri qalanı ilə yarımçıq işlər görür. Qarabağ müharibəsi əlilinə bu qədər əziyyət verən şəxs barədə ciddi tədbirlərin görülməsini istəyərdim”.

Artıq Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı şikayətlərin sayı onlarla, bəlkə də yüzlərlədir. Qeyd edək ki, şikayətçinin bəhs etdiyi dövrlərdə vəzifə başında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni Sahil Babayev icra edir.

Vəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLARVəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLARVəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLARVəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLARVəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLAR
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE