Birdəfəlik yardım necə ödəniləcək? - Yeni nazir açıqladı
Sosial
Oxunub: 551
28 apr 2018 | 11:30
Birdəfəlik yardım necə ödəniləcək? - Yeni nazir açıqladı














Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni nazir Sahil Babayevin rəhbərliyi ilə iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda Sahil Babayev çıxış edib.

O, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərindən də bəhs edib, onlar üçün yeni mənzillərin tikintisi işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməli olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkədə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olduğunu bir daha təsdir edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bu Fərmanın layiqli şəkildə icrası, müvafiq kateqoriyadan olan vətəndaşlara Fərmanda nəzərdə tutulduğu kimi 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmələrin verilməsi tam və eyni zamanda, şəffaf şəkildə təmin olunacaq. Həmçinin dövlət başçısının "1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May Qələbə gününə qədər tam yekunlaşmalıdır.

Nazir həmçinin iclasda əmək bazarındakı vəziyyət, bu bazarda məşğulluq imkanlarının genişlənməsi, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunması, eyni zamanda ünvanlı dövlət sosial yardım sistemində aztəminatlı ailələrin müdafiəsi kimi məsələlərə də toxunub.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...