Qarabağ əlilinin torpaq davası
Sosial
Oxunub: 1 510
9 fev 2015 | 16:49
Qarabağ əlilinin torpaq davası




“1994-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyəti Qarabağ Veteranları Birliyinə Sumqayıt şəhər 1 saylı çörək zavoduna yaxın ərazidə 100 kv.m. sahəsi olan torpaq ayırıb. Qarabağ Veteranları Birliyinin İdarə Heyəti və Sədrlər Şurasının razılığına əsasən, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova həmin torpaq sahəsinin mənim adıma özəlləşdirilməsinə dair məktub göndərilib. Başçıya çoxsaylı müraciətlərimə baxmayaraq, həmin torpaq sahəsini rəsmiləşdirə bilmirəm”.


Azerinfo.az xəbər verir ki, bunu Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Mübariz Ağaməmmədov Azadlıq Radiosunun «Qaynar xətt»ə yazır. Onun deməsinə görə, illərdir ki, sənədləri qaydasında olmasına baxmayaraq, torpaq sahəsini rəsmiləşdirə bilmir. Sumqayıt şəhər İcra Hakimiyyəti, Şəhər Memarlıq İdarəsi və yerli bələdiyyə tərəfindən süründürməçiliyə məruz qaldığını deyir: «Qəbula yazılsam da, başçı məni qəbul etmir. Problemimlə bağlı uzun yazışmalardan sonra başçı Sumqayıt şəhər Memarlıq İdarəsinə göstəriş verdi. Ancaq məsələ yenə həllini tapmadı. Bu ölkədə heç kim özündən yuxarının tapşırığını yerinə yetirmir».

Müharibə əlili deyir ki, süründürməçilikdən bezərək Prezident Administrasiyasına üz tutub: «Söz verdilər ki, Sumqayıt icra hakimiyyətinə tapşırıq verəcəklər. Hətta Prezident Administrasiyasından Sumqayıt şəhər İcra Hakimiyyətinə problemin həlli ilə bağlı tapşırıq da verildi. Həmin məktubun bir surəti də mənə göndərilib. Buna baxmayaraq, Qarabağ Veteranları Birliyi tərəfindən mənim adıma verilmiş torpaq sahəsi hələ də adıma rəsmiləşdirilməmiş qalır».

Əlil yazır ki, səngər həyatı səhhətində dərin izlər buraxıb. Uzun illərdir can ağrıları ona rahatlıq vermir. Üstəlik də: «Bu yaxınlarda həkim müayinəsindən keçəndə məndə xroniki böyrək xəstəliyi də aşkar edildi. Bir böyrəyim funksiyasını itirmək üzrədir. İmkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. İşsizəm, 2 övladım və ailəmlə birgə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm, maddi vəziyyətimi yoluna qoyaram. 3 il Qarabağ döyüşlərində olmuşam, döyüşdə yaralanıb ömürlük əlilə çevrilmişəm. Ağlıma da gətirməzdim ki, məmurlar mənə qarşı belə laqeyd olsun».

Əlil problemlərindən ölkə başçısına yazır, Prezident Administrasiyası həmin məktubu Sumqayıt şəhər İcra Hakimiyyətinə yollayır. İcra hakimiyyəti də şəhər Memarlıq İdarəsinə göndərir. Beləcə, illər ötür, problem isə hələ də yerində qalır, yazışmalardan kar aşmır.

Sumqayıt şəhər İcra Hakimiyyəti məsələnin həllini şəhər bələdiyyəsindən asılı olduğunu bildirir. Bələdiyyə isə bildirir ki, Sumqayıt Şəhər Bələdiyyəsinin torpaq fondunda sərbəst sahələr yoxdur, əlilin müraciətini həll etmək mümkün deyil.

Ancaq əlil bu cavabla razılaşmır: «Sumqayıt Qarabağ Veteranları Birliyinə ayrılmış sahə tam sərbəst torpaqdır. Həmin sahəni satmaq üçün əllərində saxlayıblarsa, bu, başqa söhbətdir. Bələdiyyə səlahiyyətsiz bir qurum olduğundan onun funksiyasını icra hakimiyyəti ələ keçirib. Ona görə də, məsələ bələdiyyədə yox, icra hakimiyyətində həll olunmalıdır».

Hüquqşünas Vaqif Alıyev torpağı sənədləşdirmək üçün əlilə məhkəməyə müraciət etməyi məsləhət görür.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar