275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
Sosial
Oxunub: 1 722
30 apr 2018 | 14:26
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI














Direktor, bəy olan bacısı oğlu ilə, 9-cu sinifində oxuyan təzə gəlinin toy məclisini 28.04.2018-ci il tarixinə,yəni öz ad gününə salıb

Məktəb gözətçisinin 9-cu sinif şagirdini götürüb qaçması xəbəri öz təsdiqini tapdı
Nazim Bağırov: “Bəs deyirdiniz gözətçi oğlan qızı qaçırdıb, indi bəlli olur ki, qız oğlanı qaçırdıb”.
275 saylı məktəbdə şok olay yaşanıb


Bakının Xətai rayonundakı 263 saylı orta məktəbin 1-ci sinifində təhsil alan şagirdin (oğlanın), həmin məktəbin 10-cu sinif şagirdi tərəfindən zorlanması, yaxud da müəyyən seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra, bu gün Suraxanı rayonu 275 saylı məktəbdə gözətçinin 9-cu sinif şagirdini qaçırtması, yenidən gündəmi zəbt edən mövzulardan birinə çevrildi.

Təhsil eksperti Kamran Əsədli və təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz Məhəbbət Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.

Bakı Baş Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 275 saylı orta məktəbdə baş verən olaylar nəinki bu günün, hətta ötən illərin də ən aktual mövzularından biri olub. Adı çəkilən təhsil ocağında yaşananlar, hər kəsdə belə bir fikrin formalaşmasına səbəb olur ki, bu təhsil müəssisəsinin başı üzərində hansısa “kabus” dolaşır. Bu günlərdə baş verən növbəti olay isə, yeni bir qalmaqalın varlığına səbəb olur. Belə ki, bir-iki gün bundan əvvəl redaksiyamıza daxil olan məlumata görə, Fəridə xanım Şərifovanın rəhbərlik etdiyi 275 saylı məktəbdə gözətçi işləyən Ramin Əliyev, (hansı ki, xanım direktor hər kəsə Ramini bacısı oğlu kimi təqdim edibmiş) həmin məktəbin 9A sinifində təhsil alan X xanımı (ad şərtidir) götürüb qaçır. Yaşanan olayla bağlı belə bir məlumat da əldə etmişik ki, həmin xanım ötən həftənin 6- cı günü məktəbə gəlir və şagird yoldaşına məxsus mobil telefondan Ramin Əliyevə “gəl 20 Yanvarda görüşək” deyə mesaj yazır. Elə ki, ötən həftənin 6-cı günü onların “20 Yanvar” metrostansiyasının həndəvərində görüşləri baş tutur, o halda Ramin Əliyev onu Bakı şəhərinin Nardaran qəsəbəsinə götürüb qaçır.

Baş verənlərlə bağlı məlumatları redaksiyamıza çatdıran mənbə onu da qeyd edir ki, “əsərin qəhrəmanı”na çevrilən Ramin Əliyev, sən demə əvvəllər də yuxarı sinif şagirdləri ilə çalışdığı təhsil müəssisəsinin zirzəmisində günün müxtəlif saatlarında “minbir hoqqalardan çıxırmış”. Bu haqda çoxsaylı valideyinlər və kollektiv üzvləri tərəfindən direktor Fəridə xanım Şərifovaya bir neçə dəfə iradlar bildirilsə də, nədənsə adı çəkilən xanım hər zaman susmağa üstünlük verir. Bundan əlavə mənbə onu da qeyd edir ki, “şəxsən mən son üç ay ərzində dörd dəfə 275 saylı məktəbdə baş verənlərlə bağlı Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevaya rəsmi qaydada məktubla müraciət etsəm də, hətta adı çəkilən qurumda inspektor vəzifəsini daşıyan Nazim müəllimlə iki dəfə görüşüb, onu da ətraflı məlumatlandırsam da, nədsənsə atdığım addımların heç bir nəticəsi olmadı. Mən o haqda da məlumatlı idim ki, gözətçi işləyən Ramin Əliyev kənar şagirdlərdən müəyyən məbləğdə pul alaraq onları məktəbə buraxır, məktəbin yuxarı sinif şagirdləri məktəbin damında qumar oynayır,spirtli işki qəbul edir, qızlara məxsus tualetin üst hissəsini deşir və tualetin içərisindəki yuxarı sinif şagirdlərini (qızları) mobil telefona çəkirlər. Bir müddət bundan əvvəl şagirdlər tualetin deşilmiş üst hissəsindən içəriyə işıq salan zaman şagirdlərdən biri bərk qorxub qaçan zaman yerə yıxılıb hüşunu itirir. Baş verən olayla bağlı həmin şagirdin hərbi xidmətdə olan qardaşı direktora xəbərdarlığını çatdırsa da, edilmiş xəbərdarlığın hər hansı nəticəsi olmur. Belə olan halda, olmazın olayla üz-üzə qalan şagirdin 279 saylı məktəbdə təhsil alan qohumu bir neçə nəfər şəxslə 275 saylı məktəbə gəlir və bu məktəbin 9-cu sinif şagirdləri ilə kütləvi dava-dalaş edirlər. Fəridə xanım Şərifovanın direktoru olduğu bu təhsil müəsisəsində belə bir olaylar baş versə də, nə Baş Təhsil İdarəsinin, nə də ki, 275 saylı orta məktəbin rəhbərliyi lazımi addımlarını atmırlar. Söylənilənlərə görə Fəridə xanım orda-burda danışır ki, “məni bu vəzifədən heç kəs çıxara bilməz, çünki direktorluq “post”una sahiblənmək üçün düz 35 min manat “pulumun başından keçmişəm” .

Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatdan sonra “Ramin Əliyevin atdığı addımla bağlı Bakı şəhər Təhsil İdarəsinə rəsmi ünvanlanan müraciətimizdən sonra, adı çəkilən qurumun daxili nəzarət şöbəsindən Nazim Bağırov və Sərxan Rzayev 275 saylı məktəbdə araşdırma aparırlar. O zaman bəlli olur ki, X adlı şagird 6-cı gün qaçırdılıb, amma baş idarəyə yazılan cavabda isə, guya həmin şagirdin bazar günü qaçırıldığı qeyd olunur. Bundan əlavə, məktəbdəki delosunda qaçırdılan şagirdin doğum tarixi 25 sentyabr 1999-cu il olsa da, amma verilmiş cavab məktubunda guya onun doğum tarixi 03 noyabr 1998-ci ildir deyə qeyd olunur. Aparılan araşdırmadan sonra məsələlərə münasibət bildirən və baş verən olaya açıq-aşkar şəkildə rişxəndlə yanaşan Nazim müəllim bildirib ki, “ bəs deyirdiniz gözətçi oğlan qız qaçırdıb, indi bəlli olur ki, qız oğlanı qaçırdıb”.Yoxlamaya gələn innspektorlar təzə bəy- gəlinin şirinçayını içib gedirlər

Maraqlı hal odur ki, yaşanan olayla bağlı direktor bu gün də çalışır ki, “sudan quru çıxsın”. Yəni o, əsası olmayan bir çox informasiyanı dövriyyəyə buraxır. Məsələn, guya ki, X adlı şagird götürülüb qaçırıldıqdan sonra onun anası rəsmi qaydada polisə müraciət edir. Elə ki, hadisədən üç gün sonra bu yöndə araşdırma aparılır, o zaman bəlli olur ki, polisdə baş verən olayla bağlı heç bir məlumat yoxdur. O halda sual oluna bilər ki, xanım Şərifovanın bu cür dezinformasiyanı yaymaqda məqsədi nədir, yaxud da onun özü baş verənlərlə bağlı polisi niyə məlumatlandırmayıb? Yaxud da, xanım direktor əvvəllər Ramin Əliyevi hər kəsə bacısı oğlu deyə təqdim edirmiş, bu gün ondan niyə imtina edir? Hətta, onun “mənim bacım yoxdur, Ramin yaxın qohumumdur” deməsinin arxasında nələr dayanır? Necə olur ki, Fəridə xanım əvvəllər hər kəsə “bacım oğludur” deyə təqdim etdiyi Raminə seyfinin açarlarını etibar edirmiş, o, məktəbin giriş qapısında “bazar” açanda ona “qaşın üstə qara var” demirmiş, bu gün isə ondan üz döndərir? Deməli, … Baş verənlərə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, 275 saylı məktəbdə “bezpredel mühit” hökm sürdüyündən, bu təhsil müəsisəsində belə bir hoqqalar da baş verir.

Aşağıdakı şəkillər isə məktəbin Həmkarlar İttifaqının sədri Şahab İsayev və gəlini Uşaq Yaradıcılığı Birliyinin sədri İsayeva Xədicə Oqtay qızıdır. Onların əsas vəzifələri isə müəllim və şagirdlərdən Allah yolunda yığılan «nəzir-niyazları»direktora çatdırmaqdır.Direktor bu sahədə də ağıllı addım ataraq. yığılan nəzirlərə «haram»qatılmasın deyə bu görəvi dindar bir xanıma tapşırıb.

Direktor, təzə bəy olan bacısı oğlu ilə, 9-cu sinifində oxuyan təzə gəlinin toy məclisini 28.04.2018-ci il tarixinə,yəni oğlunun və öz ad gününə salıb.Tort da pis hazırlanmayıb haa..F şəkilində, pedaqoq düşüncəsi ilə hazırlanan tort Fəridə xanımın adının baş hərifidir.Necə deyərlər hər dördünü Allah xoşbəxt eləsin

Direktorun sağ əli olan ( şəkildə gördüyünüz) 65 yaşlı İbtidai siniflər üzrə müavini olan Bağdad Ağayevə təqaüd yaşına çatsa da nədənsə Fəridə xanım onu əldən buraxmaq istəmir. Deyilənlərə görə Bağdad xanım dərs bölgüsü zamanı müəllimlər arasında «ağbirçəklik»edib müəllimlərin dərs saatını cibinə uyğun,bağışlayın stajına uyğun bölür.

Müəllimlər bildirirlər ki,Bağdad müəllimə keçmiş sələfi olanHəcər müəllimənin atasına rəhmət oxutdurur. Belə ki, o 23 nəfər ibtidai sinif müəllimələrindən tələb edib ki,hər biriniz 50 manatdan yığın direktoru təbrik edək.Elə müəllimələr olub ki, üstlərində o qədər pulun olmadığını bildirdikdə o, müəllimələrə bərk əsəbiləşib və qəti şəkildə tapşırıb ki,onda 1- ci gün hər kəs hazırlıqlı gəlsin. Hətda elələri olub ki,özünü direktora şirin salmaq üçün 100 manatdan nağd verib.

Mənbənin verdiyi məlumata görə, müəllimlər 6 manatdan «atışaraq» şəkildə gördüyünüz bu F hərifli tort və gül hədiyyəsindən başqa çəkisindən və vəzifəsindən asılı olaraq hərəsi 50-100 manatlıq»konvert»hədiyyəsi də ediblər.

Mövzu diqqətimizdədir.

Hörmətli Məhəbbət xanım!

Saytımıza daxil olan məlimatlara görə 275 saylı məktəbin direktoru Fəridə xanım Şərifovanın rəhbərlik etdiyi təhsil müəssisəsində gözətçi işləyən Ramin adlı bacısı oğlu, həmin məktəbin 9A sinifində təhsil alan Arzu adlı şagirdi götürüb qaçır. Baş verən olayla bağlı məlumatı redaksiyamıza çatdıran mənbə onu da qeyd edir ki, yaxın bir-iki günə qədər Raminlə adı çəkilən şagirdin həmin müəssisənin zirzəmisində görüşləri dəfələrlə baş tutsa da, hətta bununla bağlı Fəridə xanım lazımınca məlumatlı olsa da, o, nədənsə zamanında lazımi tədbirlərini görməyib. Bütün bunları nəzərə alaraq yazıb Sizdən xahiş edirik ki, redaksiyamıza bu yöndə daxil olan məlumatlara öz münasibətinizi bildirəsiniz.



Məktəbin məlumatı:


275 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin ailə qurmaq məqsədilə qaçırılan şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 2014-cü ilədək Gürcüstanda təhsil alıb. Həmin il Gürcüstan Respublikasından gətirdiyi müvafiq arayış əsasında 275 nömrəli tam orta məktəbin VI sinfinə qəbul olunub.

Hazırda IX sinifdə təhsil alan 03.11.1998-ci il təvəllüdlü (20 yaşlı) şagirdin aprelin 22-də (bazar günü) evdən qaçırıldığı bildirilir. Hadisədən xəbər tutan valideynlər polisə müraciət ediblər.

Bu kimi halların baş verməməsi üçün valideynləri diqqətli olmağa çağırır, övladlarının davranışlarını ciddi nəzarətdə saxlamağı tövsiyə edirik.

Onu da qeyd edəki ki, məktəbdə işləyən mühafizəçi ilə direktorun heç bir qohumluq əlaqəsi yoxdur.

Hörmətlə,

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI ŞƏHƏRİ üzrə TƏHSİL İDARƏSİ


275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"