Aprel şəhidimizin əmisindən AAYDA-nın yarıtmaz işiylə bağlı Prezidentə ŞİKAYƏT... - Və CAVAB
Sosial
Oxunub: 745
5 may 2018 | 22:23
Aprel şəhidimizin əmisindən AAYDA-nın yarıtmaz işiylə bağlı Prezidentə ŞİKAYƏT... - Və CAVAB















Astara rayonu, Asxanakəran ərazi icra nümayəndəliyinin Əzərüd kənd sakini, Astara rayonu, B.Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbində tarix müəllimi, aprel şəhidimiz Pəncəli Teymurovun əmisi Fərəcov Şirməmməd Hənifə oğlu Moderator.az-a ünvanladığı məktubunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ölkə başçısına şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Mən Azərbaycan Xüsusi Təynatlı Qüvvələrinin 17 illik kəşfiyyatçısı, hələ sağlığında Sizin sərəncamınıza əsasən ( 24 iyun 2015-ci il ) “ İgidliyə görə “ medalı ilə təltif olunan və Talış yüksəkliklərinin alınmasında misilsiz qəhrəmanlıqlar göstərərək 03 aprel 2016-cı il tarixdə şəhid olan Teymurov Pəncəli Nurməmməd oğlunun doğma əmisi və həm də müəllimiyəm. Mən də daxil olmaqla rayonumuzun bütün əhalisi sizin daxili və xarici siyasət xəttinizi tam dəstəkləyirik. Bütün Azərbaycan üçün etdiklərinizi hər gün görür və sizinlə fəxr edirik. Çünki siz, hər bir azərbaycanlının prezidentisiniz.

Hörmətli cənab prezident!

Sizə müraciət etməklə diqqətinizi çox ağrılı bir məsələyə cəlb etmək istəyirəm. Belə ki, Astara rayonunun Asxanakəran və Hamoşam ərazi icra nümayəndəliklərinə daxil olan kəndlər dağ zonasında yerləşdiyi üçün burada yaşayan əhali uzun illər idi ki, yol problemindən əziyyət çəkirdi. Minlərlə insanın problemini siz həll etdiniz. Sizin 2015-ci il 13 aprel sərənamınıza əsasən uzunluğu 26 km olan Taxtanakəran- Toradi yolunun yenidən qurulması və asfaltlaşdırılması 2017-ci ilin dekabrında tələm-tələsik və başdansovdu formasında başa çatdırılmışdır. Lakin, yol tam istifadəyə verilməyib və körpülərin inşa olunması ilə əlaqədar hələ də işlər yarımçıq qalmışdır.

Yeni yolun tikintisi üçün sizin tərəfinizdən iki dəfə külli-miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq, yolun tikintisi və asfaltlaşdırılması zamanı bütün yola qum və çınqıl döşənməmiş, yolun çox hissəsində asfalt birbaşa palçığın üstünə tökülmüş, yolun kənarında kanallar çəkilməmiş , müdafiə maneələri quraşdırılmamışdır. Ən başlıcası isə, əvvəllər mövcud olan yoxuşlar olduğu kimi saxlanmış, bu yol heç bir standarta uyğun deyildir. Yolun çəkilib başa çatdırılmasından cəmi 3 ay keçsə də bütün yol boyu asfalt bir çox yerlərdə partlamış,sıradan çıxmışdır. Yolun tikintisi zamanı dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi aydın görünür.

Hörmətli cənab prezident!

Biz, bütün əhali sizin qayğınızı görür, dəyərləndirir və aprelin 11-də sizə elliklə açıq səs vermişik. Çünki, tərkibində olduğumuz sovet hökuməti aya özüyeriyən kosmik aparat endirsə də, Astara rayonunun dağ kəndlərinə yol çəkməmişdi. Siz isə bu xeyirxah işi görməklə, minlərlə insanın qəlbində öz əbədi heykəlinizi qoymusunuz. Bizi də narahat edən odur ki, yolun çəkilməsinin səbəkarı hörmətli prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur və öz bildiklərini edirlər. Ona görə də yolumuzun çəkilməsində dövləti aldadan və dövlət vəsaitini təyinatı üzrə xərcləməyən şəxslər barədə ciddi tədbirin görülməsini və yarımçıq qalan işlərin başa çatdırılmasına kömək etməyinizi sizdən xahiş edirəm.

***

Bu gün Moderator.az-da Astara rayonu Asxanakəran ərazi icra nümayəndəliyinin Əzərüd kənd sakini, Astara rayonu B.Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin tarix müəllimi, aprel şəhidimiz Pəncəli Teymurovun əmisi Fərəcov Şirməmməd Hənifə oğlunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı şikayət məktubunu işıqlandırmışıq. Yazıda şikayətçi kəndlərində çəkilən yolların yarımçıq və bərbad halda olduğunu bildirərək ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş etmişdi.

Həmin şikayət məktubu bu linkdə: moderator.az/news/223858.html

Qurumun mətbuat katibi Anar Nəcəfli Moderator.az-a açıqlamasında şikayətçinin ittihamlarına cavab verib. A.Nəcəfli deyib ki, yarımçıq qalmış işlər bu ilin yayında yekunlaşdırılacaq:

“Qış aylarına düşdüyünə görə o yollarda tikinti yekunlaşmayıb və istifadəyə də verilməyib. Bildiyiniz kimi Astarada çox sərt qış keçir. Yaxın günlərdə həmin ərazilərdə işlərə başlanacaq və yarımçıq qalmış körpünün də tikintisi davam etdiriləcək. Yolun üçüncü klometrliyində çökmüş asfalt beton örtüyü də təmir olunacaq. Sakinlərin narahatçılığına heç bir səbəb yoxdur. Yol tam müasir şəkildə təmir olunaraq sakinlərin istifadəsinə veriləcək”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...