“Cəmiyyət istəməsəydi, onlar efirdə olmazdılar” - Rasim Balayevə cavab
Sosial
Oxunub: 708
6 may 2018 | 09:40
“Cəmiyyət istəməsəydi, onlar efirdə olmazdılar” - Rasim Balayevə cavab














Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli xalq artisti Rasim Balayevin "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır” fikrinə münasibət bildirib.

O, unikal.org-a açıqlamasında bildirib ki, xalq artistinin səsləndirdiyi fikir yeni deyil:

"Biz MTRŞ olaraq bundan da rahat, sərt şəkildə bu məsələləri ortaya qoymuşuq. Bəli, özəl televiziya kanallarında, efirdə cəmiyyət tərəfindən qıcıq doğuran insanlar daha çoxdur. Amma onlar Azərbaycan vətəndaşıdır. Hüquqi baxımdan onların efirlərə dəvət edilməsində problem yoxdur. Amma bu sahədə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür”.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda insanların televiziya kanallarına baxmaları üçün seçim yaradılıb: "Hanısa televiziya kanalında verilişlərin keyfiyyəti aşağıdırsa, insanlar ona baxmaya bilər. Onlar daha keyfiyətli verilişlər seçib, izləyirlər”.

O hesab edib ki, Azərbaycanda bu gün büdcədən maliyyələşən televiziya kanallarında cəmiyyətə qıcıq yaradan şəxsləri efirə buraxmırlar: "Bizdə Azərbaycan Dövlət Televiziyası (AzTv), "Mədəniyət”, İctimai Televiziya və Radio Yayımları Şirkəti var. Bu televiziya kanallarının özü bir faktdır ki, ictimaiyyətin maraqlarını qoruyur. Çox təəssüf ki, özəl televiziya kanalları kommersiyaya yüklənir. Hesab edirəm ki, ümumiyyətlə televiziya sahəsi yalnız kommersiya obyekti olmamalıdır. Bu sahədə təbii ki, qanunvericilik baxımından daha sərt tədbirlər görülməlidir. Yəni, oranın sahibi efirə cəmiyyət tərəfindən qəbul olunmayan adamları buraxmamalı, cəmiyət tərəfindən qəbul olunmayan mövzuların, fikirlərin orada işlədilməsini qadağan etməli, Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun olmayan hərəkət edənlərə qarşı daha sərt tədbirlər görülməlidir. Bəzən bu işi Milli Televiziya Radio Şurasından görmək istəyirlər. Amma, MTRŞ dövlət orqanıdır. Bizim qəbul etdiyimiz qərarın hər biri hüquqi bir maddəyə əsaslanmalıdır. O maddə MTRŞ-da olmadığı üçün biz orada ola bilmirik”.

N.Məhərrəlmi əlavə edib ki, Azərbaycanda xalq, əməkdar və adi artistlər var:

"Televiziya artisti efirə dəvət edir, xalq artistini çağırmırsa biz onları günahlandıra bilmərik. Qanunda belə maddə yoxdur. Çox təəssüf ki, özəl televiziya kanalları ən aşağı səviyyədə olan məhsulları efirə çıxarırlar. Hələ bu gün də onlar efirdədir. Əgər cəmiyyət bunu istəməsəydi, onlar efirdə olmazdılar. Yəni, özəl televiziya kanalları həmin insanlardan gəlir götürür ki, onlar efirə çıxırlar. Hesab edirəm ki, cəmiyyət ictimai qınaq məsələsini ortaya qoymalıdır. Qanunlarla, inzibati məsələlərlə bunu yoluna qoymaq çətin məsələdir. Çünki, bu təkcə bizə aid olan məsələ deyil. Bütün dünyada bu proses gedir. Dəyərsizləşdirmə özünü hər yerdə göstərir”.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"