“Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin” – Komitə sədrindən maraqlı AÇIQLAMALAR
Sosial
Oxunub: 660
6 may 2018 | 10:00
“Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin” – Komitə sədrindən maraqlı AÇIQLAMALAR














“Deputatın 10 min manat, camaatın isə 100-300 manat almasını istəmərəm. Bu doğru müqayisə deyil. Təbii ki, mən də istərəm ki, maaşım çox olsun. Ancaq mövcud reallığa baxmaq və ədalətlə qiymət vermək lazımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, deputat Eldar İbrahimov bildirib.
Komitə sədri deputatların artırılan əmək haqqının yerində olduğunu söyləyib:
“Mövcud imkanlar daxilində əmək haqqları zaman-zaman artırılır. Mən indiki reallıqdan artırılan əmək haqqını düzgün başa düşürəm. Hesab edirəm ki, bu, belə də olmalıdır. Biz reallığı görməyi bacarmalıyıq.
Digər tərəfdən isə Azərbaycanda hamının əmək haqqı 10 faiz artırılıb. İndi bütün sahələrdə əmək haqqını 10 faiz artırmaqla, deputatların maaşlarını 200 faiz artırmaq doğru çıxmaz. Əhali ilə onu seçən deputatların arasında fərq olmamalıdır. Bu gün mənim əhalim necə yaşayırsa, deputatı da elə yaşamalıdır. Biz bunu Ulu Öndər Heydər Əliyevdən öyrənməliyik. Vaxtilə Ulu Öndər Naxçıvanda işləyəndə, o zaman havalar çox soyuq idi, istilik, təbii qaz, elektrik enerjisi yox idi. Həmin vaxt bir nəfər Heydər Əliyevə deyib ki, gecə yarısına qədər soyuq otaqda işləyirsən, bəlkə bu kabinetə soba qoyulsun ki, yeriniz isti olsun. Ulu Öndər Heydər Əliyev isə həmin adama bildirib ki, bura soba qoysanız, bəs onun tüstüsü haradan çıxacaq? Bəs Naxçıvan camaatı həmin sobanın tüstüsünü görüb deməyəcək ki, Heydər Əliyev özü isti yerdə oturub, biz isə soyuqdan donuruq? Yəni, ulu Öndər də həmin sobanın otağa qoyulmasını qəbul etməmişdi. İndi biz deputatlar da xaqlımızın yaşayış səviyyəsinə uyğun yaşamalıyıq”.
Eldar İbrahimov dünya ölkələri ilə müqayisə edəndə, deputat kimi əmək haqqlarının çox olmadığını deyib:
“Təbii ki, deputatın əmək haqqı yüksək olmalıdır. Ancaq Azərbaycanda bu günkü reallıqdan baxanda, bu normalıdır. Bu gün 300-500 manat maaş alanın yanında deputat 2000 manat maaş alırsa, əlbəttə ki, bunu qiymətləndirmək lazımdır. Çünki dövlətimizin gücünə və büdcə imkanlarına baxıb əmək haqqı artırılır”.
O qeyd edib ki, deputatların maaşları ilə təqaüdçülərin müqayisəsini aparmaq və bununla insanlar arasında narazılıq yaratmaq düzgün deyil:
“Bu, bizi istəməyən qüvvələrin işidir. Görünür, bu cür fikirləri danışanlar deputatlarla xalq arasında uçurum, narazılıq yaratmaq istəyir. Amma insanlarımız həmin adamlara inanmamalıdır. Onsuz da insanlarımız yaxşı başa düşür ki, deputatlar Azərbaycan xalqının və dövlətinin üzüdür. Deputatlar xaricə səfərlər edirlər, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların tədbirlərində iştirak edirlər. Deputatın normal əmək haqqı olmalıdır ki, özünə kostyum alıb geyinsin, səliqəli geyinərək, orada Azərbaycan xalqını təmsil edə bilsin. İnsanlara geyimlə, yaşayış səviyyəsilə qiymət verirlər. Bu gün Azərbaycanda avtomobillərin, evlərin sayı-hesabı yoxdur. Demək, insanlar yaxşı yaşayır ki, maşınlar alır, evlər tikir. Bu, böyük göstəricidir. Xaricdə isə Azərbaycan xalqının göstəricisi həmin deputatların sir-sifətidir, geyimidir, paltarıdır, özünü aparmağıdır və sairə”.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq