Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası - Ətlik mal-qara necə “damazlıq” olur?
Sosial
Oxunub: 616
8 may 2018 | 19:58
Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası - Ətlik mal-qara necə “damazlıq” olur?
















Rəhbərləri vəzifədən uzaqlaşdırılan dövlət qurumlarında yoxlamalar başlanıb. Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində aparılan yoxlamalar çox ilginc bir faktın aşkarlanması ilə nəticələnib. Məlum olub ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi “damazlıq” adı ilə rəsmiləşdirilib. Məlumatı redaksiyamıza verən mənbənin dediyinə görə, mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır: “Onlar mal-qaranın həqiqətən damazlıq olub-olmadığına dair sənəd verirlər. Son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib”.

Mənbənin dediyinə görə, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: “Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Bu baxımdan, işbazların ətlik üçün gətirdikləri malları damazlıq kimi rəsmiləşdirmək istəmələri qeyri-adi görünmür. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin bu prosesdə iştirakı birbaşa cinayət əməlidir.

Mənbəmizin bildirdiyinə görə, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.

Onu da qeyd edək ki, ötən il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən A.Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib, bu binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Bundan başqa, respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib.

A.Süleymanov həmçinin qeyd edib ki, 7 zona baytarlıq laboratoriyasının tikintisi gedir və ötən ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

A.Süleymanov baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb. Onun çıxışından məlum olur ki, Azərbaycanda olan 12 zona baytarlıq laboratoriyasından 5-i ikinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamən yenidən qurulub, müasir laboratoriya avadanlıqları ilə təmin edilib. Qalan 7 laboratoriyanın da bu ilin əvvəlinədək BTS-2 səviyyəsində yenidən qurulması, laboratoriya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulurdu.

Göründüyü kimi, mal-qara idxalı və laboratoriyaların tikinti-təmiri, həmçinin avadanlıqlarla təminatından A.Süleymanov külli miqdarda qazanc əldə edə bilib. Və onun bu əməlləri artıq yoxlamalar sayəsində üzə çıxmaqdadır. Görünən odur ki, baytarlıq şefi yaxın vaxtlarda yalnız vəzifəsindən deyil, azadlıqdan da məhrum ola bilər...
“Yeni Müsavat”
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək