Kafe işlətmiş Firudin Nəbiyev 4 ilə necə general oldu? – Sensasion dosye…
Sosial
Oxunub: 1 301
9 may 2018 | 10:20
Kafe işlətmiş Firudin Nəbiyev 4 ilə necə general oldu? – Sensasion dosye…














Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyev haqda sensasion məlumatlar meydana çıxmaqdadır

FİA.Az xəbər verir ki, keçmiş deputat Nazim Bəydəmirlinin feysbuk hesabında inanılmaz faktlar yer alıb.

İndi məlum olur ki, bu general bütün qohum-əqrəbasını da “zabitləşdirib” və rəhbəri olduğu qurumun aparıcı strukturlarına rəhbər vəzifələrə təyin edib..

N.Bəydəmirli yazır: “Bu gün bir iranlı biznes adamı mənə zəng edib ki, 1 ay əvvəl sənədlərimi təhvil vermişəm ki, 7-8 ildir mən birillik vizalar almışam, burada daşınmaz əmlakım var, biznesim var.

İmtahan da vermişəm ki, 5 illik viza versinlər. Hər şey normal ola-ola rüşvət vermədiyimə görə yenə 1 illik veriblər. Dedim şikayət yaz ver məhkəməyə”.

Onun sözlərinə görə, Xudat sərhəd dəstəsində yeməkxananı mülki şəxs kimi işlədən F.Nəbiyev gizir vəzifəsində olan mülki adam imiş:

“Əvvəlcə leytenant rütbəsi alır və 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1286 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

15 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1613 saylı Sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

Bir polkovnik mənə danışanda əvvəlcə inanmadım ki, 4 ilə general olmaz. Sonra baxdım ki, mən səhv etmişəm..olar özü də hərbçi olmaya olmaya”.

Artıq Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.

DMX-dəki mənbələrdən virtualaz.org-a verilən məlumata görə, artıq miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi iderəsinin rəisi Mehman Səfərov işdən çıxarılıblar.

Bundan savayı, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisi vəzifələrindən azad olunublar.

Qeyd edək ki, DMX ən korrupsiyalaşmış dövlət strukturlarından hesab edilirdi. Hələ 2015-ci ildə haqqin.az bu dövlət xidmətində qohumbazlıq hallarını ifşa edən “Nazirlik, yoxsa Ailə Klondaykı” başlıqlı yazı ilə çıxış etmişdi.

Heç bir hərbi savadı olmayan və kiçik leytenant rütbəsiylə Nəbiyevin necə MTN-də Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə yüksəlməsi, 4 ilə general olması maraq doğurur.

Diqqətlə fikir verin iqtisadiyyat təhsili olan Firidun Nəbiyev 2001 ildən MTN-ə təyinat alır.

Təyinat zamanı hərbi rütbəsi kiçik leytenant olur və 4-5 il sonra general rütbəsi alır.

Son günlər ölkə mətbuatında Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevə məxsus xeyli sayda əmlakın və biznes obyektlərinin olduğu barədə ciddi faktlar dərc olunur.

Məsələn, aşağıdakı əmlaklar Firudin Nəbiyevə məxsusdur:

– “FASHİON Club” qadın gözəllik salonu — Bakı şəhəri, Teymur Əliyev küçəsi
– Fermer təsərrüfatı — 500 hektar ərazidə — Xaçmaz rayonu, Xudat şəhərində
– Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq — Yalama keçid məntəqəsinin qarşısında
– Novxanıda dəniz kənarında restoran
– “Orxan” istirahət mərkəzi — Nabranda
– “ATA Market”- Binəqədi qəsəbəsində
– “Elay” şadlıq evi — Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli)
– Masazır qəsəbəsində yeni tikilən bir neçə bina
– Yanacaq doldurma məntəqəsi — Bakı-Rusiya magistral yolunda
– Hotel — Bakı şəhəri, Teymur Əliyev küçəsində
– Şəxsi avtomobillər kolleksiyası
– son model “Mersedes Galendwagen” — nömrə nişanı — 002
– son model “Mersedes S Klass” — nömrə nişanı — 002
– son model “Range Rover Discovery” — nömrə nişanı -011
– son model “Lexus 570″ — nömrə nişanı — 009.

Ancaq istənilən halda suallar ortaya çıxır. Bu boyda əmlakı sən hansı pulla almısan?

Axı sənin aldığın əmək haqqı ilə ən yaxşı halda rayon kəndlərinin birində xırda bir dəlləkxana almaq olar.

Deməli, sən ölkə qanunlarını pozaraq biznes fəaliyyəti ilə məşğul olmusuz . Ya da hansısa mənbədən gələn çirkli pullardan yararlanmısız?

Bunlardan başqa Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus villalar Mehtabad qəsəbəsində aşkar edilib.

Abşeron Rayonu Mehdiabad qəsəbəsində DMX-nin keçmiş rəisi özünə, bacılarına və digər yaxın qohumlarına dəyəri milyon manatlarla ölçülən mülklər tikdirib.
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı