9-05-2018, 15:17 Oxunub: 439

"Tikinti şirkəti özbaşına gəlib burada onu edə bilməz" - GİLEY

"Tikinti şirkəti özbaşına gəlib burada onu edə bilməz" - GİLEY
















9-cu mikrorayonda Mir Cəlal küçəsi sakinləri hər gün dincəldikləri bağa bu dəfə etiraz üçün toplanıblar. Onlar bu ərazidəki stadion və yaşıllıqların yerində bina tikiləcəyindən narahatdırlar.

“Keçən ilin yazından gəlirlər, telefonla, kamerayla ərazini çəkirlər. Əllərində kağız, nəsə yazırlar. Soruşuq ki, kimsiniz. Deyirlər: “İcra hakimiyyətindən gəlmişik, park salırıq”. İcra hakimiyyətinin “qaynar xətt”i ilə əlaqə saxladıq, gəldilər. Soruşuruq, susurlar, heç nə demirlər. Deyirlər, bilmirik”, – bina sakini Dünya Rəhimova danışır.

“Bizim otura biləcəyimiz yer yalnız bu stadiondur. Buranı da söküb yerində ev tikmək istəyirlər. Şikayətimiz budur ki, belə şey olmaz, bu işə baxılsın. Bütün bu 5-6 binanın sakinləri burada oturur. Buranı da tikəndən sonra biz harada istirahət edək, hara durub gedək?!”

– Mir Cəlal küçəsi sakini Əsmətxanım Məmmədova şikayətlənir.

“Burada tikinti salınandan sonra havanın qarşısı alınacaq. Ağaclar qırılacaq, ekologiyaya da belə ziyan vurulacaq. Uşaqların düşüb oynamaq, yaşlıların istirahət etmək hüququ var, o da pozulacaq. Bu qədər hüquq pozula-pozula sənə o işi həyata keçirməyə kim ixtiyar verib? Tikinti şirkəti özbaşına gəlib burada onu edə bilməz. Ona icazə verən dövlət orqanı var”,- bina sakini Taliyət Əliyev deyir.

Sakinlər stadiona baxış keçirənlərin kimliyindən xəbərsizdirlər. Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, zənglərə cavab verən olmadı.

Sakinlər deyir ki, bir müddət əvvəl yaxınlıqdakı ərazidə də park salınacağı deyilib, əvəzində isə bina tikilib. Eyni halın təkrarlanmasından qorxan vətəndaşlar müxtəlif dövlət qurumlarına müraciət edib, şikayətlərinə baxılacağını gözləyirlər.
Prezidentin qovduğu başçıya etiraz - Qanunsuz bina tikdirir Prezidentin qovduğu başçıya etiraz - Qanunsuz bina tikdirir Bolge İslamiada: məmurlar ev söküb süni qarşıdurma yaradırlar - Təxribat İslamiada: məmurlar ev söküb süni qarşıdurma yaradırlar - Təxribat Siyaset Binəqədidə ağacları kəsdilər: Qarşıdurma yarandı – VİDEO Binəqədidə ağacları kəsdilər: Qarşıdurma yarandı – VİDEO Sosial Xətai rayonunda növbəti “ağac soyqırımı” Xətai rayonunda növbəti “ağac soyqırımı” Bolge Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…” Bakıda daha bir ağackəsmə qalmaqalı: “Dedilər səni dəlixanaya salarıq…” Sosial