Həbsxanadan yeni "Qaçqınkom" rəhbərinə MÜRACİƏT - "...bağışlanmağım üçün cənab prezidentə və əfv komissiyasına müraciət edəsiniz"
Sosial
Oxunub: 678
11 may 2018 | 16:19
Həbsxanadan yeni "Qaçqınkom" rəhbərinə MÜRACİƏT - "...bağışlanmağım üçün cənab prezidentə və əfv komissiyasına müraciət edəsiniz"
















Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş Rövşən Rzayevə müraciət edən Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Behbudov Fuad Natiq oğlu yeni sədrdən onun azad olunması üçün əfv komissiyasına müraciət etməsini xahiş edir. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Rövşən Rzayev!
Məlumat üçün Sizə bildirirəm ki, mən 25 avqust 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşam.
Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzasına məhkum edilmişəm. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram.
Mənə təyin edilən cəzanın əvvəli 24 iyul 2017-ci il tarixdən hesablanmaqla, cəzamın 6 aydan çoxunu çəkmişəm. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləyirəm, haqqımda müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir.
Ailəmiz 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüb. Ailəmizin tək oğul övladıyam. Atam qaçqınlıqdan sonra vəfat edib. Ailəmizin yükü atamın ölümündən sonra mənim üzərimdədir. Anam və bacım mənim himayəmdə yaşayırlar. Anam uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İş qabiliyyəti yoxdur. Bacım da xəstə anama qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəmiz kirayədə yaşayır. Ailəmizin yeganə qazanc gətirəni mən idim. Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır. Cəza çəkdiyim müddətdə törətdiyim cinayət və onun nəticələri haqqında çox düşünmüşəm və əməlimdən artıq dərəcədə peşmançılıq çəkirəm. Ailəmizdən ayrı düşməyim, xəstə anama və bacıma istər maddi, istərsə də mənəvi kömək göstərə bilmədiyim üçün məni çox narahat edir.
Gəncəm, subayam, əvvəllər məhkum olunmamışam, birinci məkumluğumdur.
Dəymiş zərəri tam ödəmişəm, barəmdə heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaq.
Hörmətli Komitə sədri!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, əməlimdən səmimi peşman olmağımı, gəncliyimi, birinci məhkumluğumu, xəstə anamı və ailəmizin ağır durumunu nəzərə alıb mənim bağışlanmağım üçün cənab prezidentə və əfv komissiyasına müraciət edəsiniz.
Məhkumluqdan azad olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı adını yüksək tutacağıma, bir daha cinayət törətməyəcəyimə, faydalı əməklə məşğul olub, ailəmizi zəhmətimlə dolandıracağıma söz verirəm.
Sizə böyük və müqəddəs Allahımızdan uzun ömür, can sağlığı, günbəgün güclənən, qüdrətlənən doğma Azərbaycanımızın daha da çiçəklənməsindəki fəaliyyətinizdə uğurlar arzulayıram.
Göstərəcəyiniz köməkliyə görə Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: Behbudov Fuad
10.05.2018"
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO