Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları
Sosial
Oxunub: 669
15 may 2018 | 12:40
Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları















Bakının Nəsimi rayonunda binada liftin qırılması nəticəsində 4 nəfər ağır xəsarət alıb. Hadisə Abdulvahab Salamzadə küçəsi, 9 ünvanında baş verib. 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb, nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Vaqif Poladov, 1996-ci il təvəllüdlü Təbriz Məmmədov, 1982-ci il təvəllüdlü Fərid Məmmədov və Seymur Əliyev müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.
Bu Bakının yaşayış binalarının nasaz liftlərində baş verən ilk belə hadisə deyil. Belə ki, təkcə bu ilin yanvarında liftin şaxtaya düşməsi nəticəsində 3 nəfər ağır xəsarət almışdı. Hər hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparıldığı bildirilir. Amma lift qəzaları və bu qəzalar nəticəsind xəsarət alanlara, hətta insan ölümlərinə görə indiyə qədər Bakı Lift-Təmir İstehsalat Birliyinin hansısa məsul şəxsinin cəzalandırıldığını eşidən olmayıb. İdarənin rəisi, mini-oliqarx Qüdrət Şükürov da öz kreslosundadır. Hərçənd Şükürovun milyonlarla manat dövlət vəsaitini müxtəlif korrupsiya sxemləri sayəsində necə mənimsədiyini ötən il onun keçmiş qudası mətbuata faktlarla açıqlamışdı.

Bakı şəhəri üzrə mənzil istismar sahələrinin balansında 5275 lift var. Ötən ilədək bunların 1590-nı dəyişdirilib, 950-si təmir olunub. Birlik iddia edir ki, yeni liftlər Amerikanın “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınır. Amma bir liftin alınması və təmiri xərcləri şəffaf deyil, bununla bağlı nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə də birliyin rəsmi saytında məlumat verilmir.

Birliyə ayrılan dövlət vəsaiti və xərclərlə bağlı məlumatlar da dövlət sirri kimi gizli saxlanılır. Əslində keçmiş kürəkəni və qudası tərəfindən barəsində çoxsaylı ciddi kompromatlar, o cümlədən dövlət vəsaitlərinin iri məbləğdə mənimsənilməsi, korrupsiya faktları açıqlanan Qüdrət Şükürovun əməlləri Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin diqqətini cəlb etməli idi. Bakının lift təsərrüfatı yoxlanılmalıydı. lakin belə yoxlamaların aparılması və məsuliyyətə cəlb olunanlar barədə rəsmi məlumatlar yoxdur. Hərçənd mətbuat Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərinin əməllərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanıldığı barədə xəbərlər yayırdı.

Çünki keçmiş qudası Rafail Əsgərov müxtəlif dövlət instansiyalarına göndərdiyi məktublarda Şükürovun 2013-cü ildə Rusiyanın “Otis Lift” şirkəti ilə bağladığı müqavilədən milyonlarla dollar “otkat” alması, həmin pullara dərhal İstanbulun “Koru Florya” elit yaşayış kompleksində 1.5 milyon dollara iki mənzil alması barədə ətraflı bəhs olunub. Habelə keçmiş quda Şükürovun digər çoxsaylı korrupsiya və mənimsəmə əməlləri barədə danışıb.

Məsələn, Q.Şükürov 2013-cü ildə qudası R.Əsgərovdan bir neçə dəfə onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarmağı xahiş edib. Qüdrət Şükürov hər dəfə bankdan 400, 500, 700 min dollar pul çıxarıb. Qudası bildirir ki, 2015-ci ilin fevralında, manatın birinci devalvasiyasından əvvəl Qüdrət Şükürov yaxınlaşan “manat fəlakətindən” xəbər tutaraq böyük panika içərisində bütün pullarını dollara (8 milyon dollar) çevirib.

Bu həmin Qüdrət Şükürovdur ki, hazırda onun keçmiş kürəkəni ilə qızının yeni əri arasında məhkəmə çəkişməsi gedir. Şükürovun təzə kürəkəni keçmiş kürəkənin onu döyüb xəsarət yetirdiyini bildirir, qarşı tərəf isə əksinə, Şükürovun təzə kürəkəninin və dostlarının onun özünü döydüyünü bildirir. (virtualaz.org)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...