16-05-2018, 17:58 Oxunub: 154

Aysunun videosuna görə işdən qovulan baş həkimin yerinə - TƏYİNAT

Aysunun videosuna görə işdən qovulan baş həkimin yerinə - TƏYİNAT















Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.

Axar.az xəbər verir ki, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.

Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.

1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi.
Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı - VİDEO Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı - VİDEO Hadise Səhiyyə Nazirliyi açıqlama verdi — 1 saylı Körpələr evi ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verdi — 1 saylı Körpələr evi ilə bağlı Sosial Baş həkim Rəqsanənin qızını məhkəməyə verir Baş həkim Rəqsanənin qızını məhkəməyə verir Hadise 1 saylı körpələr evində rəzalət: Uşaqlar üçün gətirilən ərzağı belə oğurlayırlar (VİDEO) 1 saylı körpələr evində rəzalət: Uşaqlar üçün gətirilən ərzağı belə oğurlayırlar (VİDEO) Hadise Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat Sosial