15 dəqiqəyə min manat qazandığını deyən “Azer City” adlı marketin sahibi işçisinin əmək haqqını niyə vermir? - GİLEY
Sosial
Oxunub: 522
18 may 2018 | 20:11
15 dəqiqəyə min manat qazandığını deyən “Azer City” adlı marketin sahibi işçisinin əmək haqqını niyə vermir? - GİLEY
















Vətəndaş Rüstəmov Kamil Tərlan oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, rastlaşdığı qanunsuzluqdan şikayət edib. Vətandaşın redaksiyamıza təqdim etdiyi videomüraciətdə deyilir ki, onun qızı Rüstəmova Aylin Kamil qızı son bir il müddətində Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyib. Şikayətçi bildirir ki, həmin marketin sahibi əslən Laçın rayonundan olan Əliyev Azər adlı şəxs onun qızının 2 ay yarımlıq əmək haqqını vermir:

“Səbəbini belə izah edir ki, mənim qızım nə vaxtsa 15 dəqiqə işə keçikib. Buna görə onun əmək haqqından 50 manat kəsmək istəyib. Qızım buna etiraz edəndə, onunla kobud danışıb. Nəticədə qızım çox ağır, stresli vəziyyətdə ağlıya-ağlıya evə gəlib. Mən dəfələrlə həmin marketin rəhbərliyinə müraciət etsəm də, qızımın halal maaşını ala bilmirəm. Sonuncu dəfə marketin müdiri Azər müəllimin yanında 16 may tarixində oldum. O, mənimlə çox kobud davrandı və bildirdi ki, qızım 15 dəqiqə işə keçikməklə ona min manat ziyan vurub. Mən bilirəm ki, bunların hamısı bəhanədir. O, sadəcə mənim qızımın alın zəhməti ilə qazandığı pulu mənimsəmək istəyir. Siz təsəvvür edin ki, mənim qızım əvvəl işə səhər saat 7-də gedib, axşam 11-də çıxırdı. Bu 16 saat edir. Belə iş rejimi harda var? Bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir. 16 saatlıq gərgin işə görə, ona 400 manat əmək haqqı verirdilər. Mən gedib etiraz etdim, bundan sonra qızım 200 manat maaş müqabilində səhər saat 7-dən günorta saat 2-yə kimi işləməyə başladı. Mən Azər Əliyevin bu özbaşınalığına görəndən sonra, rəsmi qurumlara şikayət etmək qərarına gəldim. Həmin zaman qızım mənə dedi ki, onunla market arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Demək ki, mənim qızım bir il müddətində orada rəsmiləşdirilmədən çalışıb”.

Şikayətçi bildirir ki, Azər Əliyev son söz olaraq ona deyib ki, hara istəyirsə şikayət etsin, bir qəpik də olsun pul verən deyil:

“Biz hüquqi dövlətdə yaşayırıq. Bu adam nəyə arxayındır ki, belə dərəbəylik edir? Mən bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş editrəm ki, bu məsələni ictimailəşdirsinlər. Üzümü rəsmi dövlət qurumlarına tutub, xahiş edirəm ki, bu adamın fəaliyyətini araşdırsınlar. Necə ola billir ki, həmin marketdə işçilər əmək müqaviləsi olmadan çalışırlar. Azər Əliyev mənə deyir ki, o, 15 dəqiqəyə min manat qazanır. Maraqlıdır, həmin marketdə nə satılır ki, belə yüksək qazanc əldə olunur? Mən öz hüquqlarımı bütün qanuni vasitələrdən istifadə edərək qoruyacam və əminəm ki, haqq-ədalət öz yerini tapacaq”.

Vətəndaşın şikayəti ilə bağlı sözügedən marketlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İnternet üzərindən sözügedən marketlə bağlı verdiyimiz sorğular nəticəsində çıxan əlaqə vasitələri bizə market rəhbərilyi ilə əlaqə saxlamaq imkanını yaratmadı. Mövzu ilə bağlı Azər Əliyevin də mövqeyini dinləməyə hazırıq.

Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)