"Elə günlər olur ki, bir manat da qazanmırıq" - Sahibkarlar dad deyir...
Sosial
Oxunub: 494
23 may 2018 | 17:14
 "Elə günlər olur ki, bir manat da qazanmırıq" - Sahibkarlar dad deyir...
















“Yan-yörədə o qədər ucuzluq dükanları, univermaqları açılıb ki, bizi yada salan yoxdur. Yer pulunu güclə ödəyirik. Elə günlər olur ki, bir manat da qazanmırıq”.

Bunu AzEuroNews.com-a Bakıxanov ticarət mərkəzində geyim satan Samir söyləyir. Onun kimi yarmarkada işləyən onlarla tacirin vəziyyəti gündən-günə pisləşir.

El arasında “Razin talkuçkası” adlanan bazarın işləri uzun müddətdir ki, ağırlaşıb. Ticarət mərkəzinin ətrafında “ucuzluq” adlanan mağazaların sayı-hesabı yoxdur.

Bu da TM-nin işini çətinləşdirib. Artıq bəzi ticarətçilər obyektləri təhvil verməyə başlayıblar. Onlar “Razin talkuçkası”nda işləməkdən imtina edirlər.

“Müflis oluruq, qardaş. Bura gəlməyin mənası nədir? Hər gün gəl dükanı aç, axşama kimi otur, yemək pulu, marşrut pulu, siqaret və “en” qədər xərclər var.

Günə 10 manat qazanmırsan, 5 manat xərcləyirsən. Batırıq daha…”,-deyə şalvar satan Rövşən şikayətlənir.

Onun sözlərinə görə, ticarətçilərin çoxu günorta dükanı açır. Onsuz da səhər müştəri gəlmədiyini deyən satıcı ümid edir ki, axşamüstü bəlkə kimsə yaxınlaşa.

***

Ticarət mərkəzinin içərisinə daxil olduqca deyilənlərin şahidi olacaqsınız: çay içən, telefonla vaxt keçirən, fikrə dalan satıcılar, müştəri gözləməkdən “gözünün kökü saralan”lar yarmarkanın mənzərəsidir.

Bazara gələn müştəriyə yad varlıq kimi baxırlar, kimsə alver edəndə sevinirlər. Çünki “talkuçka” bomboşdur, bazardan bazar səsi gəlmir, sanki məzarlıq sükutudur.

Bu gedişatla ticarət mərkəzində işləyənlərin yarıdan çoxu bazardan çıxacaqlar. Belədə isə yarmarkanın sökülməsi, ərazinin genişləndirilməsi və tıxaclara son qoyulması üçün yeni imkan yarana bilər.

Şəhərin Bakıxanov qəsəbəsində yerləşən bu ticarət mərkəzi Qaraçuxura və “Neftçilər” metrosuna gediş-gəliş yolunun tən ortasındadır.

Ona görə də “Bakıxanov” yarmarkası alış-veriş mərkəzindən daha çox, tıxacların düyün nöqtəsi adını qazanıb. Elə bir gün, saat ola bilməz ki, “talkuçka”nın yanında nəqliyyatın sıxlığı olmasın.

Amma buna sıxlıq demək kiçiltmək olardı: qarmaqarışıqlıq, avtobusların siqnal səsindən qulaq batırması, natəmizlik, antisanitariya, insan selinin xaotik hərəkəti bu ərazini dəhşətli bir məngənəyə çevirib.

Amma bu problemin həlli nə yazmaqla, nə də tənqidlə düzəlməz. Çünki yeganə yol “Razin talkuçka”sının köçürülməsidir ki, buna heç Sabunçu rayon icra başçısı Adil Vəliyev də nail ola bilmədi.

Hələ 2015-ci ildə icra başçısı ilə yarmarkanın sahibi Fərhad Mirzəyev arasında bir qalmaqal yaranmışdı.

Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı.

Hətta söküntüyə cəhd qarşıdurma ilə nəticələnmişdi ki, bu faktı təsdiqləyən kadrlar internet resurslarında var.

Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib.
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO