Kərimovlar ailəsində ölkə rəhbərinə müraciət
Sosial
Oxunub: 815
23 may 2018 | 15:50
Kərimovlar ailəsində ölkə rəhbərinə müraciət













Bir neçə gün bundan əvvəl xəbər portalımızın redaksiyasına Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yat/ev-21A ünvanda yaşayan Kərimov Ömər Əlmirzə oğlu və Kərimova Kövsər Sadulla qızı tərəfindən müraciət daxil olmuşdur. Adları çəkilən şəxslər ünvanladıqları müraciətlərində qeyd edirlər ki, “1982-ci il təvəllüdlü övladımız Əliyev Əlvan Ömər oğlu 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı ilə görüşə keçərkən, onun üstündən narkotik maddə aşkarlanır. Belə bir səbəb üzündən də o, 22 noyabr 2015-ci il tarixdə adı çəkilən müəssisə əməkdaşları tərəfindən saxlanılır və çox keçmir ki, onu Binəqədi RPİ-nin əməkdaşları həbs edirlər. Aparılan istintaq araşdırmalarından sonra, Əlvan Əliyev 25 yanvar 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6(altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görüldü. Onu da bildirək ki, o, heç zaman narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik tərkibli maddələrdən yalnız arabir özü üçün istifadə edirmiş. Buna baxmayaraq, Binəqədi RPİ-nin istintaq şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı övladımıza qarşı qərəzli və əsasız ittihamlar irəli sürülür. Guya ki, Əlvan Əliyev narkotik maddələrin satışı ilə məşğul olurmuş deyə, barəsində heç bir hüquqa sığmayan ittiham aktı elan olunur. Onu da vurğulayaq ki, istintaq araşdırmaları zamanı onun narkotik maddələri hansı ünvanlarda kimə satması faktı öz təsdiqini tapmadı. Bütün bunlardan əlavə, keçirilən məhkəmə proseslərində işin faktiki halları obyektiv şəkildə araşdırılmadı, cinayət prosesual qanunvericiliyin tələblərinə də lazımınca əməl olunmadı. Bütün lazımi sübutlar məhkəmə heyyətinə təqdim olunsa da, keçirilən məhkəmə prosesləri zamanı təqdim olunan sübutlara əhəmiyyət belə verilmədi və ilkin istintaq araşdırmaları zamanı, əsassız şəkildə irəli sürülmüş ittihamlar əsas götürüldü. Bunula da məhkəmə kollegiyası çıxarmış olduqları hökmlə, sanki ədalət anlayışının varlığını şübhə altına almış oldular.
Onu da qeyd edək ki, 01 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Qanunvericiliyinə edilmiş əlavə və dəyişikliyə görə, on və daha çox qram çəkidə olan narkotik maddələr külli miqdarda hesab olunur. Bizim övladımızın üstündən isə 7 qram narkotik maddə aşkarlandığından, ona qarşı irəli sürülmüş “külli miqdarda narkotik maddə” ittihamı əsassız ittihamdır. Belə bir səbəb üzündən də, düşünürük ki, qanunun belə bir tələbi ona şamil olunmamalıdır. Bu gün istərdik ki, Qanunvericiliyinə edilmiş əlavə və dəyişiklər əsas götürülsün və övladımız Əlvan Əliyevlə bağlı ədalət bərqərar olunsun. Xüsusi vurğulanası hal həm də ondan ibarətdir ki, 2016-ci ilin müxtəlif vaxtlarında aparılan istintaq araşdırmaları zamanı ona ağır bədən xəsarətləri yetirildiyindən, bu gün Əlvan Əliyev şikəstdir və əlil arabasında gəzməyə məcbur olur. Hal-hazırda o, Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 13 saylı cəzaçəkmə müəssisəsində cəzasının qalan hissəsini çəkməkdədir. Səhhətində əmələ gələn ciddi problemlər səbəbindən o, heç cür yeriyə bilmir. Himayəsində iki azyaşlı övladı var və ilk dəfədir ki, məhkumluq həyatı yaşayır. Onu da bildirək ki, biz olduqca imkansız ailəyik və bu gün çoxsaylı problemlərlə də üz-üzə qalmışıq.
Biz də hər zaman xalqımızı, Vətənimizi sevən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü müdrik siyasəti dəstəkləyən insanlardan biri olmuşuq. Bundan əlavə onu da vurğulayaq ki, cənab Prezident hər zaman atdığı addımları ilə hər kəsin qəlbində silinməz izlər buraxıb. Bu həm onun böyüklüyündən, həm müdrikliyindən, daha çox isə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olmasından irəli gələn səbəblərdir. Cənab İlham Əliyev həmişə bağışlamağı bacarıb, böyüklüyünu nümayiş etdirib. Belə bir səbəblər üzündən də, bu gün hər kəsin ona qarşı sonsuz rəğbəti, hədsiz inamı var. Bütün bunları nəzərə alaraq ölkə rəhbərimizdən artıq dərəcədə xahiş edirik ki, hal-hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən, səhhətində əmələ gələn ciddi problemlər səbəbindən şikəst olub əlil arabasında gəzən övladımız Əliyev Əlvan Ömər oğlunun da bağışlanması üçün, bizə öz köməkliyini göstərsin. Biz bir valideyin olaraq cənab İlham Əliyevin müdrik addım atacağına inanırıq”.

Azerinfo.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO