Direktordan müəllimin ittihamlarına CAVAB: - "Özünü reklam etmək istəyir"
Sosial
Oxunub: 601
24 may 2018 | 16:18
Direktordan müəllimin ittihamlarına CAVAB: - "Özünü reklam etmək istəyir"
















Sosial şəbəkələrdə məşhurlaşan orta məktəb müəllimi Həbib Əlizadə polisə çağırılıb. Buna səbəb məktəb direktorunun ondan şikayət etməsi olub. Bu barədə müəllim özü "facebook" hesabında məlumat yayıb.

Dia.az xəbər verir ki, məsələ ilə bağlı Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov unikal.org-un suallarını cavablandırıb:

-Həbib Əlizadəni polisə şikayət etməyinizə səbəb nə oldu?
- O, müəllim məktəbin rəhbərlyini, təhsil şöbəsini saymır. Uşaqları özbaşına ekskursiyaya aparmaq istəyir. Bu nə deməkdir? 30 nəfər şagirdin taleyi ilə oynamaq olarmı?

-Müəllimin dediyinə görə o, ekskursiyanı təhsil şöbəsinin razılığı olduğu halda təşkil etmək fikrində olub. Sizcə Həbib Əlizadə Təhsil Şöbəsinin razılığı olmadan Bakıya şagirdləri apara bilərdi?
- İndiyə kimi Təhsil Şöbəsindən icazə almamışdısa, nə zaman icazə alacaqdı? O, müəllim yalan danışır. Onun nə ixtiyarı var ki, "facebook"a mənim şəklimi qoysun? O mənim haqqımda ağzına gələni dediyi üçün onu məhkəməyə verəcəm. O qanun qarşısnda cavab verəndə məsələnin ciddiliyini biləcək.Onun ixtiyarı yoxdur mənim şərəf və ləyaqətimi alçaltsın.

-Müəllimin sizə qarşı bu cür addım atmasına səbəb nədir?
- Təbii ki, Həbib bu cür etməklə məşhurlaşmaq istəyir. Onun məşhurlaşmaqdan başqa mqsədi ola bilməz. O, ancaq özünü reklam etmək istəyir. Onun bu tip hərəkətlər etməsinin mahiyyəti budur.

-Siz polisdən əlavə Təhsil Şöbəsinə şikayət etmisiniz?
- Mən məlumat vermişəm ki, sabah hansısa hadisə olsa onun məsuliyyəti məktəb rəhbərliyinin üzərində qalmasın. Sabah mənim yaxamdan yapışacaqlar. Həbibi tanıyan olmayacaq.

-Təhsil Şöbəsi müraciətinizə cavab veribmi?
- Təhsil Şöbəsi yəqin ki, onun qanunsuz hərəkətlərinə hüquqi qiymət verəcək.

-Həbib Əlizadə fəalliyyətlərinə görə 2 fevral Gənclər günü ilə bağlı Təhsil naziri Ceyhun Bayramov tərəfindən təltif olunduğunu qeyd edir. Təhsil Nazirliyinin mükafatlandırdığı müəllim qanunsuz hərəkət edərmi?
- O, mükafat alıb deyə ağlına nə gəlir onu etməli deyil. Mükafat alan müəllim də həddini aşmamalı, yerini bilməlidir. Mükafat alan adam ürəyi istəyəni etməməlidir.

-Bundan sonra adıçəkilən müəllimlə bağlı hansı addımı atmaq fikrindəsiniz?
- Aidiyyatı orqanlar, Təhsil Nazirliyi məsələdən xəbərdardır. Ümid edirəm ki, Həbib Əlizadə etdiyi əməllərinə görə cavab verəcək.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi