“Əvvəlcə 200 min, daha sonra 1 milyon dollar” — Baş Prokurorluğun şöbə rəisinin ailə üzvləri necə hədələnib - ŞOK TƏFƏRRÜAT
Sosial
Oxunub: 654
25 may 2018 | 14:20
“Əvvəlcə 200 min, daha sonra 1 milyon dollar” — Baş Prokurorluğun şöbə rəisinin ailə üzvləri necə hədələnib - ŞOK TƏFƏRRÜAT















Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun şöbə rəsinin ailə üzvlərini öldürməklə hədələyən dəstənin məhkəməsi başlayıb.
“Ölkə.Az”ın məlumatına görə, təqsirləndirilən 3 nəfər- Hüseynov Zaur Zahir oğlu, Yüzbəyov Emil Ənvər oğlu və Yüzbəyov Əlisultan Vaqif oğlunun məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir. Cinayət işində 2 nəfər- Məmişov Niyaz Balaca oğlu və Məmişov Tərlan Balaca oğlu zərərçəkmiş qismində tanınıb. Növbəti məhkəmə prosesi iyun ayının 4-də keçiriləcək.

İttiham aktına görə, Baş Prokurorluğun maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişovun zərərçəkən qismində adı keçən cinayət işində təqsirləndirilən şəxslər onun övladını, nəvəsini öldürüləcəyi ilə hədələyib, pul tələb ediblər.
Təqsirləndirilən şəxslərdən Yüzbəyovlar əmioğludur.

Əvvəlcə 200 min, daha sonra 1 milyon dollar...

İttihamda yazılıb ki, Z.Hüseynovun xeyli kredit borcu olub, onları qaytara bilməyib. Ona görə də dəstə yaradıb, Xudat şəhərində bir neçə obyektin sahibi olan sahibkar Tərlan Məmişov və yaxınlarını ölümlə hədələyib, onlardan pul almaq istəyib. İzi itirmək üçün IMEI kodunu dəyişdirmək mümkün olan «Olimpia» markalı mobil telefon tapıb. Sonra da Dağıstana gedib, oradan Rusiya nömrəsi ilə T.Məmişovun qardaşı N.Məmişovun telefonuna zəng edib, «Whatsapp» vasitəsilə hədə xarakterli mesajlar yazıb, əvvəlcə 200 min, daha sonra 1 milyon dollar tələb edib.

Z.Hüseynov isə ifadəsində bildirib ki, onun nə tamah, nə də kimisə oğurlamaq, öldürmək niyyəti olmayıb. N.Məmişovun ona xeyli borcu olub. Borc da onun üçün tikdiyi evdən yaranıb.
Z.Hüseynov tikintidə iş icraçısı olub. Dediyinə görə, onu Baş Prokurorluğun şöbə rəisi ilə qardaşı T.Məmişov tanış edib. Bundan sonra N.Məmişov üçün bir xeyli işlər görüb. Sonuncu dəfə isə N.Məmişovun ona təxminən 40 min dollar borcu qalıb, çox gedib-gəlsə də, o pulu ala bilməyib: «Əslində, o pul mənim də deyildi, onun evi üçün tikinti materialları alıb işlətmişdim, onların pulu verilməliydi». Təqsirləndirilən şəxs onu da bildirib ki, N.Məmişovla bir neçə dəfə prokurorluğun binasında görüşüb.

"Mənim heç bir günahım yoxdur"

Yüzbəyovlar özlərini ümumiyyətlə, təqsirli bilmirlər. Deyirlər ki, onların nə Z.Hüseynovun Məmişov qardaşları ilə münasibətlərindən xəbəri olub, nə də onun niyyətindən. Günlərin birində Zaur E.Yüzbəyovdan Çin istehsalı olan mobil telefon istəyib, o da əmisi oğlugildə belə bir telefon olduğunu deyib. Həmin telefondan Ə.Yüzbəyovun həyat yoldaşı istifadə edirmiş.

Ə.Yüzbəyovun sözlərinə görə, əmisi oğlu gəlib ondan həmin köhnə telefonu istəyib, o da verib: «Mənim heç bir günahım yoxdur. Mən nəinki Niyaz Məmişovu, heç Zauru belə, tanımamışam...".

İş üzrə araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...