275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ
Sosial
Oxunub: 1 829
26 may 2018 | 09:20
275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ














Prezident seçkiləri günündə seçki məntəqəsində özünün qeyri-ordinar, ekstravaqant geyimi ilə diqqəti çəkərək yaddaşlarda iz buraxan 275 saylı orta məktəbin direktoru, savadı yerində olmadığı deyilən Fəridə müəllimənin qol qoyduğu neqativ hallar barədə redaksiyamıza yeni ilginc məlumatlar daxil olub.
Allah xoşbəxt eləsin! Nəhayət ki, 9-cu sinif şagirdini götürüb qaçan direktorun məktəbdə mühafizəçi işləyən bacisi oğlunun toy mərasimi baş tutdu.Maraqlı hal o olub ki, bəyin və gəlinin məktəbdə oxuyan dostları toya gedib və nəmər yazdırmayıb aradan çıxıblar və deyiblər ki, xalasının pulu çoxdur, nəmərini vaxtında xalasına vermişik.

Etibarlı mənbənin verdiyi məlumata görə, baş tədris hissə müdiri Ayişə Məmmədova mayın 14-də günorta saat 13:00-ə qədər işdə olmayıb. Saat 13-14 arası gəlib və pörtmüş halda çıxaraq müəllimləri əsəbi halda hədələyib ki, Quran gətirib hamıya and içdirib,əl basdıracam, məktəbin sirrini «Dəryaz» qəzetinə verən alçağı (?) tapacam.

Mənbə bildirir ki, prezident seçkisi keçirilən ərəfədə II «d» sinfinin rəhbəri Şəfiqə Abulovanı onu həmkarı Almaz Məmmədova əvəz etsə də, ədalətsiz olaraq 19 saatlıq dərs yükünün yalnız 8 saatı Almaz müəlliməyə yazılıb. Qalan saatların pulu direktor Fəridə Şərifovanın və ibtidailər üzrə direktor müavini Ağayeva Bağdadın cibinə gedib. Ayişə Məmmədova Almaz müəllimənin boynuna hətta minnət də qoyub: «Ay qız, mən sənə bu yaxşılığı etmişəm — 8 saat dərs yükü yazmışam. Onun hər ay 4 saatının pulunu mənə verməlisən». Ümumiyyətlə, seçki dönəmində komissiyaların tərkibinə qatılan həmkarlarını əvəz edən digər müəllimlərin də başına eyni oyunun açıldığı, lakin qorxudan heç kəsin ağız açmadığı bildirilir. Görəsən, tək ailə başçısının, kirayədə yaşayanın, xəstə övladını müalicə etdirən müəllimin əmək haqqını mənimsəmək nə dərəcədə insaflı əməldir? Buradan Ayişə Məmmədovanın malik olduğu geniş imkanların, sahibi olduğu varidatın (villa, bahalı maşın, iri və xırda buynuzlu heyvan təsərrüfatı və s.) da mənbəyi aydınlaşır. Bildirilir ki, ev təhsili dərslərinin pulu neçə illərdir ki, Ayişə Məmmədovanın cibinə axır. Quliyev Ayxan adlı rusdilli şagirdin təlimi «Natı» ləqəbli Natella Musayevaya tapşırılsa da, pulunu yeyir, amma dərs keçmir. Bundan əlavə, N.Musayeva rəhbəri olduğu IX «e» sinifindən bir çox şagirddən 50-100 manat pul alaraq dərsə gəlməmələrinə göz yumur. Bu ara məktəbin yuxarı mərtəbəsində tualetin üstündə qızlara baxmaq üçün deşik açılması kimi əxlaqsızlıq faktını yoxlamaq üçün yaxın günlərdə «yuxarıdan» adamlar gələcəyi xəbəri yayılıb. Müəllimlərdən ərizələr toplanır ki, qalmaqala, gənclər arasında dava-dalaşa səbə olmuş həmin hadisənin ümumiyyətlə baş verdiyini təkzib etsinlər. Mənbə bildirir ki, direktorun ətrafındakılar — Ayişə Məmmədova, Şahab İsayev, Bağdad Ağayeva bərk qorxuya düşüblər, hətta kabinetlərində tək olanda da əndişələnir, danışmağa qorxurlar ki, sözləri KİV-ə çatar. Müəllim kollektivi yazılan faktların doğruluğuna görə «Dəryaz»ı alqışlayır. Tənqidimizə tuş gələnlərin isə üstümüzə minnətçi salmaq niyyətləri üzə çıxıb.

Mənbə bildirir ki, ibtidai siniflər üzrə direktor müavini Bağdad müəllimə saat 5 olan kimi məktəbdən çıxır, jurnallar ortalıqda qalır, 11-ci sinif şagirdlərin heç biri dərsə gəlmir. Müəllimlər narazılıq edirlər ki, əgər dərs keçməyə şagird tapa bilmiriksə biz niyə gəlirik. Hal-hazırda məktəbdə son zənglə bağlı 100 manatdan pul yığılır. Bu günə kimi də direktor hazırlıq pulu yığmaqda davam edir. Dərs saatları və sinif rəhbəri yerləri artıq 300-500 manat arası satılıb. Buna misal olaraq riyaziyyat müəlliməsi Dadaşova Gülşən, ingilis dili müəlliməsi Qarayeva Zülfiyyə, İnarə, Hilalə və Aytən müəllimənin canını qorxu alıb ki, olmadı elə, oldu belə. Allah eləmiş, birdən direktoru çıxardarlar, maya batar!.

Məktəbi ata ocağı kimi pullu rəqs ansambılına çevirən musiqi müəlliməsi Xanım Qafarovanın çiyninə saxta ev təhsilini o qədər yükləyiblər ki, yazıq müəllimə bu yükün ağırlığından qol qaldırıb oynaya bilmir ki, uşaqlar bir şey öyrənə bilsin. Sinif rəhbəri Könül Mahmudbəyli 6A sinifində oxuyan şagirdi necə vurubsa, sillənin səsi Suraxanı rayon Polis İdarəsində eşidilib. Pois əməkdaşları da bu səs-küyü araşdırmaq üçün məktəbə tökülüşürlər. Həmin sinifdə oxuyan başqa bir şağird, Şahab İsayevin gəlini, Uşaq Yaradıcılığı Birliyinin rəhbəri, bir kağızın surətini 20 qəpikdən aşağı çıxartmayan Xədicə İsayevanin yanına gəlib ki, pulu ilə testlərin surətini çıxartsın.

Bu dindar xanım da, Ramazan ayında uşağın qolundan tutub bayıra necə vızıldadıbsa, uşağın atası ilə əmisi direktorun üstünə basqıya gəlib şikayətlənməli olurlar. Direktor da onların şikayətlərinə heç bir halda məhəl qoymur. Bir neçə gün bundan əvvəl direktor ona yaxınlığı ilə seçilən şəxslərin yanında Aişə Məmmədovanın və Bağdad Ağayevanın arxasınca «bu nədir, iki iş bacarmayan qocanın əlində qalmışam» deyə gileylənirmiş. Bu arada «Dəryaz» bölgələrdə alaq otlarının çoxalması ilə bağlı tiyəsini itiləyib bölgələrdə olarkən, 50 manatlıqla gəzintidən təzə qayıdan «Qaloş»la pıçıldaşır ki, Dəryaz səfərdən qayıdana kimi həmkarlardan çırpışdırdığımız biletlərlə gedib kefimizi çəkək. Onsuz da «Dəryaz»qayıdan kimi yeyib-içdiklərimizi burnumuzdan tökəcək.

Son anda onlar belə bir qərara gəlirlər ki, direktorla Aişə müəlliməni də özləri ilə götürsünlər. O halda 50 manatlıq «nə olsun ki, mən məktəbin ştat cədvəlində usta adı ilə çalışıram. Onu bil ki, mən direktorun «sağ əli»yəm, o da mənim bir sözümü heç vaxt iki etmir». Yaxın günlərdə məktəbdə müəllimlərin həmkarlar təşkilatı komitəsinin necə «səmərəli» işləməsindən və digər maraqlı olaylardan bəhs edəcəyik.

Qocaları ziyarət etmək aşağı sinif şagirdlərinə neçəyə başa gəlib və bu «xeyriyyəçilik»dən kimlər yararlanıb.

Ətraflı gələn sayımızda…

Odur ki,bizi izləməyi unutmayın.


275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ
275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ
275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ
275 SAYLI MƏKTƏBDƏ MÜƏLLİMLƏRƏ ANDİÇDİRMƏ MƏRASİMİ
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb