RAMIN QULUZADƏNIN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
Sosial
Oxunub: 597
26 may 2018 | 09:50
RAMIN QULUZADƏNIN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”















Bu gün Ağstafa rayon Avtovağzalına məxsus inzibati binadan rəhbərliyin daha çox gəlir əldə etmək məqsədilə istifadə etməsi, bəlkə də kimlərinsə diqqətini o qədər də cəlb etmir. Amma, reallığa diqqət yetirməklə yaşananları ayrıd etmək, atılan addımların birbaşa qanunsuzluğa söykənməsini və cinayət məsuliyyəti yarada bilməsini müəyyən etmək və s. heç də o qədər çətin məsələ deyil. Məsələn, Deryaz.az saytı əməkdaşının redaksiyamıza çatdırdığı məlumatlardan və təqdim etdiyi çəkilişlərdən də aydın olur ki, hal-hazırda rayonun Avtovağzalına məxsus inzibati binadan heç də əsər-əlamət qalmayıb. Sadəcə olaraq həmin binanın giriş hissəsində “Avtovağzal” sözünü oxumaqla müəyyən etmək olur ki, Ağstafa rayonundakı avtovağzal həmin binada yerləşir. Elə ki, binanın ümumi görünüşünə diqqətlə diqqət yetirirsən, o halda bəlli olur ki, üzərində “Avtovağzal” sözü yazılan bina avtovağzal binası deyil, sanki hansısa bir ticarət mərkəzidir. Çünki, həmin binanın ayrı-ayrı otaqlarından avtovağzala aid deyil, digər məqsədlər üçün istifadə olunur. Məsələn, həmin binanın otaqlarında çexol sexi, çayxana, yeməkxana, ərzaq məhsullarının saxlanması üçün anbar, ərzaq mağazası və məişət əşyalarının təmiri və s. məqsədlər üçün istifadə olunur və hər otağın çöl hissəsində hansı otaqdan hansı məqsədlər üçün istifadə olunması ilə bağlı elanlar da yazılıb. Elə ki, avtovağzalın bilet satışı kassasının, həkim otağının, gözləmə zalının və s. axtarışına çıxırsan, o halda onları tapmaq, hansı otaqda yerləşmələrini müəyyən etmək “mükül məsələ”yə çevrilir. Yəni, reallıq ondan ibarətdir ki, avtovağzal rəhbərliyi “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə hərəkət edərək, bu gün bilib düşündüyü addımlarını atmaqdadır. Yəni, Avtovağzalın rəhbərliyi Ağstafa rayon Avtovağzalına məxsus otaqları ayrı-ayrı iş adamlarına icarəyə verib və gün ərzində də, külli miqdarda gəlir əldə edir. Təəccüb və təəssüf doğuran hal odur ki, avtovağzal binasına məxsus otaqlardan müxtəlif məqsədlər üçün istifadə olunan zaman nə əmək intizamının tələblərinə riayət olunur, nə də ki, kassa aparatından istifadə olunur. Belə bir halın varlığı da, kimlərinsə vergidən yayınmasına yollar açmaqla bərabər, cinayət məsuliyyəti də yaradır.

Avtovağzal ərazisinin natəmizlik çirkabında boğulması, icarəyə verilmiş gözləmə zalında fəaliyyət göstərən çayxanada antisanitariyanın tüğyan etməsi və s. onu söyləməyə əsas verir ki, hazırda bu sahəyə rəhbərlik edən şəxsi avtovağzala aid problemlərin həlli deyil, hansı yolla olur-olsun belə daha çox gəlir əldə etmək düşündürür.

Hələ bunlar harasıdır? Avtovağzal ərazisində yerləşən və avtovağzala məxsus nəqliyyat vasitələrinin təmiri məqsədilə nəzərdə tutulan təmir otaqlarından da təyinatı üzrə istifadə olunmur. Yəni, açıq-aydın şəkildə görünür ki, rəhbərlik inzibati binadan kənarda yerləşən otaqları da kimlərəsə icarəyə verib. Məsələn, həmin otaqlardan bəzilərində plastik qapı-pəncərə düzəldilir. Qol qoyulan bu cür əməllər birbaşa qanunsuzluq əməlləri olsa da, hələ ki, ümumi ab-hava yaşanmaqdadır. Amma o hala da inanırıq ki, bu açıqlamanın dərcindən sonra cənab Ramin Quluzadə Ağstafa Avtovağzalında yaşanan çoxsaylı qanunsuzluqlara xüsusu diqqət yetirəcək və müvafiq qərarınıda açıqlayacaq.

Sözsüz ki, bu cür addımların atılması ümumi fəlakətimiz, həyatımız üçün təhlükə yaradacaq halların varlığıdır.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.




RAMIN QULUZADƏNIN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
RAMIN QULUZADƏNIN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...