Neqativ hallara yol verənləri ciddi cəza gözləyir - “Qaçqınkom”da YENİLİK
Sosial
Oxunub: 525
26 may 2018 | 21:39
Neqativ hallara yol verənləri ciddi cəza gözləyir - “Qaçqınkom”da YENİLİK













Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün düşmüş 1 milyondan artıq azərbaycanlının mənzil və məişət şəraitinin yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.

Həyata keçirilən tədbirlər ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Amma bu günə qədər məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillərlə bağlı qara məqamlar olduğu kimsəyə sirr deyil, bunu bilməyən yoxdur.

“Qaçqınkom”da son dəyişiklikdən sonra baş verən neqativlərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.

Belə ki, hazırkı rəhbərliyin göstərişi ilə bütün məcburi köçkünlərə məlumat verilib və xüsusi xəbərdarlıq edilib ki, mənzillərin verilməsi zamanı kimsə onlardan bir manat belə vəsait tələb etsə, həmin adam barədə dərhal məlumat versinlər. Bununla bağlı “Qaçqınkom”un bütün əməkdaşlarına isə xəbərdarlıq edilib. Bu hallara yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Məsələdən xəbərdar olan köçkünlər sevinc içindədirlər.

Bundan sonra hər şey ədalətli şəkildə həll ediləcək.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az saytına danışarkən “Qaçqınkom”un yeni rəhbərliyinin etimadları doğruldacağını deyib:

“Açığı, məcburi köçkünlərə uzun illər ərzində mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam. Hansısa məcburi köçkün belə hallarla qarşılaşıbsa, şikayət etməli və ya məlumat verməlidir. Digər tərəfdən bilirsiniz ki, “Dövlətqaçqınkom”da rəhbərlik dəyişdi, cənab Prezident tərəfindən yeni sədr təyin olundu. Yeni sədr Rövşən Rzayevi deputat fəaliyyəti dövründə tanıdığım müddətdə onu fəal, vətənpərvər, dövlətçi, bacarıqlı biri kimi tanımışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Rövşən Rzayev bu təyinatda etimadı doğruldacaq”.

Deputat hesab edir ki, Rövşən Rzayevin sədrliyi dövründə komitənin fəaliyyətində hər hansı neqativ hala yol verilməyəcək:

“Təbii ki, Rövşən Rzayev gənc kadrdır, yeni təyinatdır və o da özünəməxsus üsullarla idarəetməni apararaq cənab Prezidentimizin ona göstərdiyi etimadı doğruldacaq. Hamıya məlumdur ki, qaçqın, məcburi köçkün kateqoriyasına aid olan insanlarımız çoxsaylı problemlərlə üzləşirlər. Mənzil-məişət, iş, təhsil, sağlamlıq şəraiti və.s kimi məsələlər çoxdur. Bu problemlərin həlli ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin dövründən tədricən davam edir. Mən də bir məcburi köçkün kimi istərdim ki, bu problemlərin ən yüksək səviyyədə yekun nəticəsi olsun. Bu da o zaman olacaq ki, biz torpaqlarımızı işğal altından azad edəcəyik , bütün köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

Ölkə başçısı məcburi köçkünlərin bütün problemlərinə hər zaman diqqət göstərib. 2003-cü ildən bu günə qədər 90-dan çox irili-xırdalı, müxtəlif tipli qəsəbələr salınıb, 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin olunub.Təbii ki, “Dövlətqaçqınkom”, onun rəhbərliyi cənab Prezidentin tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirir və bundan sonra da belə olacaq. Biz də arzu edirik ki, bu sahədə heç bir mənfi halla qarşılaşmayaq, xoşagəlməz fikir eşitməyək”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...