İçərişəhərdən çıxarılan sakinlər mənzillərinə qaytarıldı
Sosial
Oxunub: 1 278
16 fev 2015 | 13:36
İçərişəhərdən çıxarılan sakinlər mənzillərinə qaytarıldı



"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dövlət Neft Şirkəti ilə birgə İçərişəhər, M.Ş.Vazeh küçəsi, ev 6 ünvanında yerləşən üçmərtəbəli, 14 mənzilli yaşayış binasında iki ilə yaxın aparılan regenerasiya işləri tamamlayıb və tam təmir olunmuş mənzilləri bina sakinlərinə təhvil verib.

Azerinfo.az Avropa.info-ya istinadən xəbər verir ki, sözügedən üçmərtəbəli yaşayış binası 2000-ci ildə Bakıda baş vermiş zələzələ nəticəsində zərərçəkmiş binaların siyahısına daxil edilmişdi. Uzun müddət təmir və bərpa işləri aparılmadığından, sakinlər tərəfindən özbaşına artırmalar edildiyindən, həmçinin təbii təsirlərdən güclü aşınmaya məruz qalmış bu bina öz dayanıqlığını itirmiş, tam qəzalı vəziyyətə düşmüşdü. İdarə tərəfindən 2012-ci ildə aparılmış monitorinqlər binanın hər an uçmaq təhlükəsi ilə üzləşdiyini müəyyən etmişdi.

Bütün bunları nəzərə alaraq, bina məhkəmə qaydasında qəzalı elan olunmuş, binanın təmir-bərpa işlərinin yerinə yetirilməsi isə mövcud qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin üzərinə qoyulmuşdu. Lakin, layihənin sosial baxımındın əhəmiyyətliliyi və mülkiyyətçilərin maddi imkanlarının aşağı olması nəzərə alınaraq regenerasiya işlərinin dövlət hesabına həyata keçirilməsi qərara alınıb. 2012-ci ilin ikinci yarısında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dövlət Neft Şirkəti ilə birlikdə aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış layihə əsasında binanın regenerasiyasına başlayıb. Regenerasiya işlərinin aparılması müddəti ərzində bütün bina sakinləri İdarə tərəfindən dövlət vəsaiti hesabına müvəqqəti yaşayışla təmin edilib. Regenerasiyadan sonra binada bütün mənzillər tam təmir edilib, bina avtonom mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a bildirilib ki, son bir neçə il ərzində İçərişəhərdə 60-dan artıq qəzalı vəziyyətdə olan binaların bünövrələri möhkəmləndirilib, onların qəzalılıq vəziyyəti aradan qaldırılıb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE