Torpaqlar satışa çıxarılır: Oliqarxlara qarşı yeni mübarizə
Sosial
Oxunub: 421
28 may 2018 | 11:10
Torpaqlar satışa çıxarılır: Oliqarxlara qarşı yeni mübarizə














Ölkə başçısı 7 mart 2016-cı il müvafiq fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə start verildi. "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq pay torpaqları ayrıldı.

Komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən işlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılmış, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər öz həllini tapdı. Beləliklə də uzun illərdən sonra torpaq almaq arzusunda olan insanlara torpaq payları ayrıldı. Təbii ki, həmin pay torpaqların təyinatı üzrə istifadəsi önə çəkildi. Bu məsələnin icrası bir neçə bölgələrdə həyata keçirildi.

Görünür, kəndlilərə pay torpaqlarının ayrılması və istifadəsi effekt verməyib. Artıq kəndlilərə verilən pay torpaqları geri alınır. Belə ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 255 min hektar istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqları geri qaytarır. Komitə tərəfindən torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri alınır.

Məlumatlara görə aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Beləliklə də 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

İndiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunub. Maraqlıdır, bu torpaqlar kimindir və onları hansı mexanizmlə geri alacaqlar? Geri alınan pay torpaqlarının aqibəti nə olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı zəmin yaradılıb və konstitusiya dəyişikliklərinə uyğun da məsələ formalaşdırılıb:

"Bu torpaqlar qəti şəkildə oliqarxların və ya hansısa böyük biznes adamlarının torpaqları deyil. Onlar doğrudan da sadə vətəndaşların torpaqlarıdır. Bu məsələni hökumət bir qədər birtərəfli qaydada həll etmək istəyir. Bunun da özəl şərtləri var. Məsələ ondadır ki, qayda hansı formada həyata keçirilməlidir. Bu gün Azərbaycanda qeyd edilən rəqəmdən bir neçə dəfə də çox kənd təsərrüfatlı təyinatlı istifadəsiz qalmış torpaqlar var. Ölkədə vəziyyət elə hala gətirilib ki, fermer üçün torpaqdan istifadə rentabelli deyil. Bu gün hökumət fermerdən torpağı almaqdansa, bunun səbəbləri barədə düşünməlidir. Fikirləşməlidir ki, görəsən kəndli torpaqdan niyə ayrı düşüb? Nəyə görə kənddə torpağını becərib-əkməkdənsə gəlib Bakıda tikintidə işləyir? İlk növbədə hökumət bunu araşdırmalı, səbəblərini tapmalı və bu problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər həyata keçiriləndən və Azərbaycanda torpağı fermer üçün səmərəli biznes obyektinə çevirdikdən sonra istifadə etmirsə, o zaman torpağı əlindən almaq lazımdır. Bu artıq vətənə və dövlətə xəyanətdir ki, hökumət sənin üçün hər bir şərait yaradıb. Amma sən onu istifadə etmirsən. Heç olmaya o torpağı istifadə edə bilənə icarəyə vermirsən ki, torpaq boş qalmasın. Çünki bu torpaq Allahın yaratdığı bəndələri dolandırmaq üçündür. Qanunun o hissəsi işə düşə bilər. Əminəm ki, Azərbaycanda fermer üçün ilk mərhələdə sərfəli mühit yaradılırsa, heç kim torpağı boş qoymaz. Ən azı istifadə edə bilən insanlara uzun müddətlik icarəyə verilər və onlar da pulunu alar”.

Ekspertin fikirncə, hökumətin məsələyə bu cür yanaşması şübhələri ora gətirir ki, burada şəxsi maraqları var:

"Məmurlar da kənd təsərrüfatında öz monopoliyalarını yaratmaq və möhkəmləndirmək istəyirlər. O səbəbdən də müxtəlif vasitələrdən istifadə edirlər. Bir müddət əvvəl boş ərazilərdə pambıq əkildi və o da səmərə vermədi. Amma arada pambıq əkən fermerlər bu torpaqları ələ keçirdilər. İndi isə görürlər ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi boş qalmış torpaqları geri alır. Əslində belə də olmalıdır. Bu qanunda da öz əksini tapıb. Məlum mexanizm əsasında həmin geri alınan torpaq hərraca çıxarılıb satılacaq. Təbii ki, müxtəlif məmura o torpaqlar fərqli qiymətlərlə satılacaq. Bu isə əhalinin böyük əksəriyyətinin narazılığına səbəb olacaq. Onu da deyim ki, pay torpaqlarının çox hissəsi boş deyil. Onlar ən azı örüş kimi minimum səmərə ilə istifadə olunur. Örüş kimi istifadə olunan torpaqlar isə görüntüdə boş torpaqlar kimi nəzərə çarpır”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE