“Grand Hospital” nədən “EGE hospital”a çevrildi? - şok vergi sirri
Sosial
Oxunub: 578
29 may 2018 | 12:07
“Grand Hospital” nədən “EGE hospital”a çevrildi? - şok vergi sirri














“Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok vergi sirriBu ilin yanvarında Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur “Grand Hospital”da yoxlamalara başlamışdı

Klinikanın bir həftə əvvəl adının dəyişərək “EGE hospital” kimi fəaliyyətinə davam etməsinin bir səbəbi də vergi yoxlaması imiş.

Vergi yoxlamalarını klinikanın modern.az-a danışan mətbuat xidməti rəhbəri Türkan Məmmədli təsdiqləmişdi.

Görünür ki, vergidən yayınma halları aşkarlanıb və bu borclardan yaxa qurtarmağın yollarından biri də klinikanın adını dəyişmək qərarı olub.

Çünki adətən praktikada külli miqdarda vergi yükləməsi gəldikdə MMC və ya hər hansı təşkilat özünü buraxaraq, yeni adda fəaliyyətə başlayır.

Bu zaman vergi borclarının böyük hissəsindən qurtulmuş olar. Necə ki, bir vaxtlar “Bakı”, “İnter” kimi futbol klubları analoji addımlar atmışdılar.

Klinikanın sözçüsü bu ilin ilk ayında belə demişdi: ““Müxtəlif qurumlarda yoxlamaların aparılması tam normaldır. Hər il olduğu kimi, bu il də hesabat verilir.

Vergi ödəyiciləri bilir ki, yanvar ayında hesabat verilməlidir. Ən kiçik dükanda belə vergi hesabatları aparılır. Burada qeyri-adi səbəb axtarmaq lazım deyil”.

FİA.Az xəbər verir ki, klinikanın “EGE” adı ilə fəaliyyətini davam etdirməsi isə türkiyəli rəhbərliyin gəlməsidir.

O isə gələr-gəlməz onlarla azərbaycanlı həkimi xəbərdarlıq etmədən işindən uzaqlaşdırıb. Klinikanın rəhbəri Yalçın bəy “EGE”yə öz həmyerlilərini cəlb edib. Bu da etirazlara səbəb olub.

Məsələn, tanınmış həkim Vaqif Qarayev “Grand Hospital”da həkimlərin kütləvi şəkildə ixtisarına etirazını bildirib.

[b]Məşhur pediatr özünün feysbuk səhifəsində yerli həkimlərin klinikadan qovularaq başqa ölkənin həkimləri ilə əvəz edilməsinin heç bir məntiqə uyğun olmadığını qeyd edib:

“Grand Hospital” rəhbərliyi yerli həkimləri bayıra atıb əvəzində isə Türkiyədən mütəxəssis gətiriblər.

1983-cü ildə Moskvada bir gənc gürcü əsilli cərrah bütün dünyada sensasiya doğuracaq əməliyyat etmişdi – 3 yaşlı qızcığazın amputasiya olunmuş ayaqlarını yerinə tikə bilmişdi!!!

Sonralar gürcülərin padşahı Qamsaxurdia onu ölkəsinə gətirmişdi. Gürcü həkimi rusun adına işləməməlidi deyə. Bu klinikada ola bilər düzgün getməyib.

Amma yerli həkimləri kütləvi olaraq işdən qovub başqa ölkədən həkim gətirmək normal məntiqə sığmır. 2018-ci ildi…Bizim peşəkar həkimlərimiz var axı! Özümüz özümüzü niyə aşağılayırıq?!”

Baş həkim Şahin doktor, onun müavini Ələkbər doktor, reanimasiya şöbəsininin müdiri Rauf doktor, cərrah Seymur Musayev, uroloq Seymur Mehdiyev, travmatoloq Sənan Aşurov, LOR həkimi Pərviz Aslanov və Tələt Şəfiyev işdən azad olunublar.

Ümumlikdə 100-ə yaxın həkimi işsiz qoyaraq onlara gedin özünüzə başqa yerdə iş tapın deyə göstəriş verilib.

İşdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə görə təcili adı dəyişiblər.

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.

Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.

Yəni, klinikanın əsas himayəçisinin əl dəyişib-dəyişmədiyi bilinmir.

Klinikanın mövqeyini dərc etməyə hazırıq
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ