SOSİAL MÜDAFİƏ KORRUPSİYASİ
Sosial
Oxunub: 451
29 may 2018 | 16:18
SOSİAL MÜDAFİƏ KORRUPSİYASİ















FORMA DƏYİŞİR, MAHİYYƏT OLDUĞU KİMİ QALIR.

Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsindən kənarlaşdırılması və cənab Sahil Babayevin nazir təyin olunması bu hökumət strukturunda indiyədək süründürməçiliklə, bürokratiya və rüşvət tələbi ilə üzləşərək sosial xidmətlərdən yararlana bilməyən vətəndaşları xeyli ümidləndirib. İnsanlar düşünürlər ki, indiyədək rastlaşmış olduqları süni maneələr barədə məlumatları məhz bu ərəfədə ictimailəşdirsələr, faydasını görərlər. O səbəbdən, KİV-ə üz tuturlar. «Dəryaz» qəzeti də bu mənada istisna deyildir. Sumqayıt şəhəri, 3-cü mkr., bina 4/2, mənzil 3 ünvanda qeydiyyatda olan Cəfərov Rəhman Məmməd oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, hazırda Qax rayonunda yaşayır. Gözündən xəsarət alması səbəbindən görmə qabiliyyətindən məhrum olub. 2014-cü ildə Zərifə Əliyeva ad. Göz Xəstəlikləri İnstitutunda qeydiyyata alınıb və ona epikriz veriblər. Həmin epikrizi aparıb Qax rayonundakı Tibbi Sosial Ekspertiza Komissiyasının (TSEK) sədri Camal həkimə təqdim edib. Rəhman kişinin sözlərinə görə, Camal həkim onun pensiyaya çıxmasına əsas olacaq əlillik dərəcəsinin təyini üçün 1500 manat rüşvət istəyib. Sonrakı illərdə də TSEK-ə müraciətlərinin faydası olmayıb. Axırda Səhiyyə Nazirliyinə şikayət edib. 2017-ci ildə Nazirlik ona cavab yazaraq, Qax rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət etməyi məsləhət görüb. RMX-da müayinlərdən sonra nəticələrlə tanış olan xəstəxananın baş həkimi Tərlan Əhmədzadə şifahi olaraq Rəhman Cəfərovun əlilliyini təsdiqləyib və onu yerli poliklinika şöbəsinə göndərib. Rəhman Cəfərov orada sürprizlə qarşılaşıb. Demə, bir neçə il əvvəl TSEK sədri olan Camal həkim indi də poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır. Bu dəfə tələb olunan məbləğ 1500-dən 1700-ə qalxıb. Bildirilib ki, şərti yerinə yetirərsə, onun sənədləri hazırlanıb mərkəzə göndəriləcək. Redaksiyaya daxil olmuş müraciətlə əlaqədar araşdırma apararkən, Camal həkimə zəng açıb şikayətçi vətəndaşın iştirakı ilə korporativ telefon bağlantısı yaratdıq. Həkimin bu əlaqəyə qeyri-konstruktiv yanaşması səbəbindən söhbətimiz baş tutmadı. Sonra rayonun baş həkimi Tərlan Əhmədzadəyə zəng etdik. Dəstəyi qaldırdı. Özümüzü təqdim edən kimi söhbətin hansı məsələdən getdiyini bilcək dəstəyi asaraq bağlantını kəsdi. Şikayətçinin mülahizələrinə görə, T.Əhmədzadə «dovşana qaç, tazıya tut» deyir. Əslində baş həkim çox yaxşı bilirmiş ki, TSEK-in funksiyalarını polilinikaya ötürməklə yalnız forma dəyişir, mahiyyət isə olduğu kimi qalır. Görək, cənab S.Babayev nələri və kimləri dəyişəcək.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE