30-05-2018, 11:10 Oxunub: 218

Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur

Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur















Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu təhsil üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib.

AZXEBER.COM qurumun saytına istinadən xəbər verir ki, siyahıda ABŞ universitetlərinin açıq fərqlə liderliyi nəzərə çarpıb.

Bu ölkənin 213 universiteti həmin siyahıda özünə yer tapa bilib. İlk 20 pillədə isə 16 ABŞ universiteti qərarlaşıb.

Maraqlısı budur ki, Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib.

Bundan başqa, qonşularımızdan Ermənistan və Gürcüstan da reytinqdə yer ala bilməyib. Qardaş Türkiyənin isə 13 universiteti ən yaxşılar sırasına daxil edilib. İranın 12, Rusiyanın da 5 universiteti 1000 universitet arasında qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısı təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında hazırlanıb.

Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur
Azərbaycanda vəzifədə olan rektorlar - 91 yaşı olan da var, 31 il vəzifədə qalan da... (SİYAHI) Azərbaycanda vəzifədə olan rektorlar - 91 yaşı olan da var, 31 il vəzifədə qalan da... (SİYAHI) Sosial Nazir rektorları topladı: Bu universitetlərdə rüşvət təftişi başlanır – Özəl siyahı Nazir rektorları topladı: Bu universitetlərdə rüşvət təftişi başlanır – Özəl siyahı Siyaset Türkiyədə təhsil alan Qafqaz Universiteti məzunlarının başı dərddə: Universitetlərdən çıxarılırlar Türkiyədə təhsil alan Qafqaz Universiteti məzunlarının başı dərddə: Universitetlərdən çıxarılırlar Sosial Qafqaz Universiteti terror təşkilatı elan edildi Qafqaz Universiteti terror təşkilatı elan edildi Sosial Avropanın ən yaxşı 200 universiteti: Bizimkilər orda yoxdur – REYTİNQ Avropanın ən yaxşı 200 universiteti: Bizimkilər orda yoxdur – REYTİNQ Sosial