"Oba" marketlər şəbəkəsində köhnə mallar satılır? - GİLEY
Sosial
Oxunub: 568
30 may 2018 | 23:38
"Oba" marketlər şəbəkəsində köhnə mallar satılır? - GİLEY
















Bir müddətdir ki, Bakıda fəaliyyət göstərən "Oba" marketlər şəbəkəsindən narazılıqlar var.

Bununla bağlı Cebhe.info-ya məlumat verən narazılar iddia edir ki, marketdə satılan məhsullar ucuz olsa da, vaxtı keçmiş olur. Bununla yanaşı, şikayətçi Şərqiyyə Hüseynovanın sözlərinə görə, sözügedən marketlərdə satılan şiriniyyat məmulatları əzik və istifadəyə yararsız olur:

"Ucuz olmasına görə, hamı "Oba" marketə qaçır. Amma bilmirlər ki, məhsulların çoxunun ya vaxtı keçir, ya da istifadə müddətinin bitməsinə az qalmış olur. Dəfələrlə görmüşəm ki, ya vaxtı keçib, ya da məhsul digər marketlərdəki ilə müqayisədə keyfiyyətsizdir. İnsanları da qınamaq olmur. Ucuzdur deyə gedib oradan çox məhsul almaq istəyirlər. Amma biraz diqqətli olsalar, daha yaxşı olar".

Digər şikayətçi Məhəmməd Həsənov da, eyni haldan narazılıq edir. Bildirir ki, bir neçə dəfə olub ki, marketdən aldığı məhsulu aparıb qaytarmalı olub. Bu hadisədən də sonra sözügedən marketdən alış-veriş etməyib:

"Təzə açılanda oradan çox alış-veriş edirdim. Bir neçə dəfə yararsız məhsulların olduğunu görəndən sonra oradan imtina etmişəm. Düzdü digər marketlərdən qiymətinə görə fərqlənir. Amma bizim üçün keyfiyyət də önəmlidir. Çünki qida insan həyatının ən vacib amillərindən biridir".

***

"Müştərinin bildirdiyi şikayətlərin əsası yoxdur və düşünürük ki, yanaşma qərəzlidir."

"OBA" marketlər şəbəkəsindən Cebhe.info-ya göndərilən açıqlamada belə deyilir.

"OBA" marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr departamentinin göndərilən açıqlamada bildirilir ki, marketin bütün filiallarında müştəri şikayətləri üçün bölgə müdirinin, müştəri xidmətlərinin və aidiyyətı üzrə rəhbər şəxslərin nömrəsi qeyd olunub:

"Hər hansı bir xoşa gəlməz hal olduqda adətən müştərilər həmin nömrələrlə bizimlə əlaqə saxlayır. Bundan başqa obamarket.az saytında, sosial şəbəkələrdə müştərilərin sualları aktiv şəkildə cavablandırılır. Qeyd olunan şəxslərdən bizə heç bir şikayət və ya məlumat daxil olmayıb.

Məlumat üçün bildirək ki, "OBA" marketlərdə satılan məhsullar digər məhsullara nisbətən 20%-ə qədər ucuzdur. Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. Mərkəzləşdirilmiş anbar və logistika mərkəzləri sayəsində məhsulların mağazalara çatdırılmasını özümüz həyata keçiririk. Bununla da satışda olan məhsullar əlavə distribüter xərclərindən azad olur. Biz məhsulların qiymətini artıracaq əlavə xərcləri minimuma endirdik: mağazaların dizaynı, rəflərin düzülüşü, işçi sayı, çatdırılma, marketinq və reklam xərclərinin əksəriyyətindən imtina etmişik. Bu da birbaşa əhalinin daha uyğun qiymətə və yüksək keyfiyyətli məhsullar əldə etməsinə şərait yaradır."
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi